“Zorən şorgöz” tamaşası təqdim olunub 

0
465

Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub

Akademik Milli Dram Teatrında “Zorən şorgöz” tamaşası təqdim olunub.
Teatrın mətbuat xidmətindən verilən məlumata görə, ingilis dramaturqu
Rey Kuninin “Kişi, qadın, pəncərə, meyit” əsəri əsasında hazırlanan
iki hissəli komediyanın tərcüməçisi və quruluşçu rejissoru əməkdar
artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi
tərtibatçısı Həmid Kazımzadə, işıq üzrə rəssamı Rafael Həsənovdur.

Tamaşada rolları əməkdar artistlər Nicat Kazımov (Riçard Uilli), Aslan
Şirin (Corc Piqden), Mehriban Xanlarova (Ceyn Uorzinqton), Kazım
Abdullayev (Müdir), aktyorlar Rəşad Bəxtiyarov (Ofisiant), Mətləb
Abdullayev və Rövşən Kərimduxt (Ronni), əməkdar artist Şəlalə
Şahvələdqızı (Pamela), aktyorlar Şəhla Əliqızı (Qledis), Vüsal
Mustafayev (Detektiv), Dilarə Nəzərova (Mariya) ifa edirlər.

Tamaşanı Dilbər İsmayılova idarə edib. Səhnə əsərinin ilk nümayişi 8
iyun 2013-cü ildə baş tutub.

Tamaşa alqışlarla qarşılanıb.