Ziyarətlər davam edir

126

Mingəçevir şəhər  İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yataq xəstəsi olan 44 günlük  Vətən Müharibəsi qazilərini evlərində ziyarət edib. Belə görüşlərin təşkil edilməsində məqsəd yaralıların səhhəti, müalicəsi, maddi durumları ilə maraqlanmaq, sosial problemlərinin öyrənilməsi və həll olunmasında köməklik göstərilməsidir. Göürüşdə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları müharibə iştirakçılarını maraqlandıran sualları cavablandırıb. Başçı yaralı qazilərə Allahdan şəfa diləyib və onların tezliklə ayağa qalxmalarını arzulayıb.

Esmira Hidayətova, Mingəçevir