“Zirə” “Neftçi”ni mübarizədən kənarlaşdırıb

0
26

Fevralın 7-də futbol üzrə Azərbaycan kubokunun dörddəbir final mərhələsinin sonuncu cavab qarşılaşması keçirilib.

Mərhələnin sonuncu matçında “Neftçi” klubu “Zirə”nin qonağı olub. Matçda qapılara qol vurulmayıb. Birinci qarşılaşmada Rəşad Sadıqovun komandası 1 cavabsız qolla qalib gəldiyindən yarımfinala vəsiqə qazanıb.

Yarımfinal mərhələsində “Keşlə” “Zirə” ilə qarşılaşacaq. Ötən gün keçirilən oyunların nəticələrinə əsasən, digər yarımfinal matçında “Qarabağ” “Sumqayıt”la üz-üzə gələcək. Bu mərhələnin görüşləri 21-29 apreldə oynanılacaq.