“Zirə” – “Neftçi” oyununda hesab açılmayıb

0
276

Fevralın 16-da Azərbaycan Premyer Liqasının XVII turunun növbəti oyunu keçirilib. Turnir cədvəlinin lideri “Neftçi” səfərdə “Zirə” komandasının qonağı olub. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə hesab açılmayıb.

Bu heç-heçədən sonra xalların sayını 38-ə çatdıran “Neftçi” turnir cədvəlində birinci pillədə, “Zirə” isə 15 xalla sonuncu – səkkizinci yerdə qərarlaşıb.