“Zirə” hesabı açsa da…

0
284

Bu gün Topaz Premyer Liqasında XXIV tura start verilib. Bu gün 1 görüş baş tutub.

 

“İnter Arena”da keçirilən ilk oyun “Keşlə” ilə “Zirə” arasında olub. 2018-ci ildə hələ də qələbə qazanmayan qonaqlar avrokuboklara vəsiqə şansını çətinə salmamaq üçün mütləq qalib gəlməli idi.

 

Lakin ölkə kubokunda finala yüksələn “Keşlə” buna imkan verməyib. Qarşılaşmada “Zirə” hesabı açsa da, meydan sahibləri ikinci hissədə vurduğu qollarla əzmkar qələbə qazanıb.

 

 

Topaz Premyer Liqası

XXIV tur
21 aprel (şənbə)

“Keşlə” – “Zirə” – 2:1

Qollar: A. Klennon, 50; V. Cavadov, 69 – M. Duriç, 36 (pen.)

Hakimlər: Orxan Məmmədov, İsgəndər Əliyev, Cavanşir Yusifov, Rəşad Əhmədov
AFFA nümayəndəsi: Arif  Fərəcov
Hakim-inspektor: Əhmədağa Cabbarov

“İnter Arena”

Mövsümün əvvəlki oyunları: 1:1, 0:1, 2:1

“Keşlə”: 15. Orxan Sadıqlı (k), 2. Sertan Taşkın, 3. Denis Silva, 4. Slavik Alxasov, 14. Andre Klennon, 21. Herve Tçami, 27. Adrian Skarlatake, 33. Tərlan Quliyev, 40. Nemanya Stoyanoviç, 88. Məmməd Quliyev, 90. Ebrima Sohna

Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 7. Vaqif Cavadov, 9. Pərdis Fərcad-Azad, 10. Sezar Meza Kolli, 39. Əlibəy Məmmədli, 66. Murad Qayalı

Baş məşqçi: Yuri Maksimov

“Zirə”: 1. Anar Nəzirov (k), 4. Vüqar Mustafayev, 5. Adil Nağıyev, 8. Milan Duriç, 10. Orxan Əliyev, 11. Viktor İqbekoyi, 16. İbrahim Aslanlı, 17. Vüsal İsgəndərli, 29. Comal Uilyams, 39. Sadiq Quliyev, 77. Mirsahib Abbasov

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 14. Tellur Mütəllimov, 21. Sahil Cəfərov, 22. Milad Bayramov, 38. İlkin Muradov, 57. Kənan Zülfüqarov, 87. Müşfiq İlyasov, 88. Elşən Abdullayev, 97. Tapdıq Əhmədov

Məşqçi: Elnur Çodarov

 

Turnir cədvəli

1. Qarabağ 23 17 5 1 33-8 56
2. Qəbələ 23 12 6 5 37-23 42
3. Sumqayıt 23 11 6 6 31-25 39
4. Zirə 24 9 8 7 30-26 35
5. Neftçi 23 10 4 9 31-24 34
6 Keşlə 24 5 6 13 22-37 21
7. Səbail 23 5 4 14 15-32 19
8. Kəpəz 23 3 3 17 14-38 12

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 12