Zidan İpaniyanı evə göndərdi

453

Parisin meydanların birində  5 metrəlik “kəllə vurmaq istəyən bir futbolçu” heykəli var. Amma topa yox, rəqibə . Bu bürünc heykəl 2006- cı il dünya çempionatının finalında, Zinəddin Zidan və Materazzi arasında yaşanan o unudulmaz anı təsvir edir.

Sözün əsl mənasında poetik bir sonluqla başa çatan dünya çempionatında, Zidanın rəqibinə qarşı etdiyi hərəkət yaddaşlardan silinməsə də, bu hadisə onun karyerasına ləkə kimi düşmədi.

Əslində uşaq vaxtlarından Zidanın xüsusi bir insan olduğu məlum idi. Fransanın cənubunda beş uşaqlı bir Əlcəzairli ailənin sonuncu uşağı olan Zidan, kiçik yaşlarından  Marselin küçələrində futbol oynayaraq böyüyüb. Zidan uşaq vaxtlarında Blaj Slişkoviç, Enzo Françeskoli və Jan-Piyer  Papin kimi ulduzları özünə örnək seçmişdi. Amma heç kəs bilmirdi ki, Zidan onlardan daha məhşur olacaq. Zinəddin Zidan ilk dəfə  köhnə futbolçu olan Jan Verraud  tərəfindən kəş olunmuşdu. 16 yaşında “Kan”a transfer olundu. 1989-cu ildə ilk oyununa çıxdı.

Fiziki cəhətdən zəif olsada həmin il “Kan”ın, çempionatı 4-cü yerdə bitirməsində böyük pay sahibi oldu. Daha sonra isə “Bordo”ya transfer olundu. Bundan sonra Zidan, həmçinin Fransanın gənclərdən ibarət millisinə də dəvət almağa başlayır. İlk dəfə 1994-cü ildə Fransa milli komandasına çağrılan Zidan, 1996-cı ildə “Bordo”-nun UEFA kubokunun  finalına çıxmasında böyük rol oynadı. Finalda “Bavariya”ya məğlub olsalar da , bu Zidanın “Yuventus”a transfer olmasına mane olmadı.

Turin klubunda azarkeşlərin sevimlisi olan Zidan, burada iki dəfə Çempionlar Liqasının finalında oynadı. Zəif bədəni və zərif futbol oynamasına baxmayaraq, o vaxtlar avropanın ən sərt çempionatında özündən söz etdirməyi bacarmışdı.

1998-ci ildə Fransanın dünya çempionatınında möhtəşəm çıxışında  da məhz Zidanın böyük  rolu olmuşdur. Finalda , Brazilya qarşısında  3-0 hesablı qələbədə, Zidan baş zərbəsi ilə vurduğu qolla çempionluğun memarlarından olmuşdur.

Bu qələbədən sonra Fransa millisini 1.5 milyon azarkeş qarşılayanda, bir nəfər digər futbolçulardan  seçilirdi. Həmin şəxs o andan etibarən Fransada yaşayan amma  əslən afrikalı olan büyük bir hissənin  sevimlisinə çevrildi.

Daha sonra Avro 2000 də Fransanı finala qədər aparan Zidan, finalda İtaliya ilə oyunda qələbələbənin əsasını təşkil etmişdir. Finala qədər isə Fransa , İspaniya və Portuqaliyanı məhz Zidanın vurduğu qollar sayəsində məğlub etmişdi.

2001-ci ildə Zidan, 75 milyon avro müqabilində “Real Madrid”ə transfer olundu. Bu transfer futbol tarixinin ən bahalı transferi oldu. Elə ilk ilindəcə “Real Madrid” komandası ilə Çempionlar Liqasını qazandı. Finalda Zidanın “Bayer Liverkuzen”ə vurduğu qol avropa tarixinin ən yaxşı qollarından sayılır. Bu qələbədən sonra “Real Madrid” klubunun prezidenti Florentino Perez belə demişdi: “ Biz Zidanı 75 milyon avroya almışıq. Amma bu qol göstərir ki onu çox ucuz almışıq.”

Zidanın “Real Madrid”də qazandığı son kubok İspaniya Super Kubokudur. Hımin vaxtdan sonra  Raykardın “Barselona”sı yüksəlməyə başladı.

Digər tərəfdən Zidanın milli karyerasında da uğursuluqlar başladı. O,2002-ci il dünya çempionatında zədəli olduğu üçün heç bir şeylə yadda qalmadı. 2004-cü ildə Avropa çempionatında isə “Zidanın Fransa”sı  gözlənilmədən gələcək çempion Yunanıstana məğlub oldu. Amma buna baxmayaraq Zidan 2004-cü il avropa çempionatının qrup oyunlarında vurduğu qollarla, komandasının ən yaxşısı olduğunu sübüt elədi. Milli komandanın uğursuzluğundan sonra Zidan, Fransa millisindəki çıxışını bitirdiyini açıqladı.Amma 2005-ci ilə Raymond Domenik tərəfindən yenidən milliyə dəvət olundu.  Zidanın qayıdışını, bütün Fransa üçün bayram kimi bir xəbər oldu. Zidan 2005-06-cı il La Liqadakı son oyununda karyerasını bitirəcəyini açıqladı. Zidanın “Real Madrid”dəki vida oyunu  möhtəşəm oldu. Bu oyuna bütün futbolçular üzərində Zidanın şəkli olan formada çıxmışdılar. Həmçinin “Santiyaqo Bernabero” stadionunda “sehrin üçün təşəkkürlər”  yazılmış afişa diqqətləri cəlb edirdi.

Amma qarşıda hələ 2006-cı il dünya çempionatı var idi . 1/8 finalda Fransanın rəqibi İspaniya millisi idi. İspaniyanın məhşur “Marca” qəzeti bu oyun öncəsi belə başlıq vermişdi. “Bu gün Zidanı təqaüdə göndərəcəyik.” Amma Zidanın vurduğu bir qol və etdiyi qol ötürməsi ilə Fransa 3-1 hesablı qələbə qazandı. Zidan vurduğu qolla  İpaniyanı evə göndərdi.1/4 finalda isə Fransa Brazilya üzərində Anrinin vurduğu qol ilə qələbə qazandı. Bu qolunda ötürməsini Zidan etmişdi. Yarımfinalda rəqib Portuqaliya millisi idi. Bu oyunda Zidanın vurduğu qol Fransanı finala çıxartdı. Zidan finalda da qol vurmuşdu . Sonra isə…. Sonra olanları isə əvvəldə qeyd etdiyimiz heykəl izah edir.