Zelenskidən NATO-ya ağır ittiham

46

Yeni hücumların və itkilərin qaçılmaz olduğunu bilən NATO şüurlu şəkildə Ukraynanın hava məkanını bağlamamağa qərar verdi. Bu gündən etibarən ölənlərin hamısının səbəbkarı siz olacaqsınız. alpaninfo.com axar.az-a istiadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Putin NATO-nun qərarını şərh edərkən deyib.

“Bu gün alyansın edə biləcəyi yeganə şey Ukraynanı 50 ton dizel yanacağı ilə təmin etməkdir! Yəqin, Budapeşt Memorandumunu yandırmaq üçün ki, daha yaxşı yansın”, – Zelenski qeyd edib.

Ukrayna Prezidenti NATO-nun hər kəsi, o cümlədən alyansın üzvü olan dövlətləri müdafiə edə biləcəyinə şübhə etdiyini bildirib:

“Bilmirəm, siz kimi qoruya bilərsiniz? Və müttəfiq ölkələrinizi qoruya bilirsinizmi? Ortaq Avropamız, ümumi azadlığımız, ümumi gələcəyimiz üçün tökülən qanımızın hər litrinin əvəzini litrlərlə yanacaqla ödəyə bilməyəcəksiniz”.