Zelenski BMT-də çıxış edib

54

Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında videoformatda çıxış edir. Vladimir Zelenski aprelin 4-də Buçaya səfəri barədə məlumat verib.

O bildirib ki, Rusiya qüvvələri ukraynalı mülki vətəndaşlara qarşı qırğınlar törədiblər: “Rus əsgərləri yalnız ukraynalı hərbçiləri öldürmür, onlar mülki sakinləri də qətlə yetirirlər. Onlar məqsədli şəkildə ev-ev gəzərək sağ qalanları və qaçıb gizlənənləri çölə çağırıb qətlə yetiriblər.

Mən sizə vəhşicəsinə qətlə yetirilən şəxslərin doğmalarının adından müraciət edirəm.

Bütün bu törədilənlər İŞİD-in törətdikləri əməllərdən fərqlənmir. Bunu törədən isə BMT Təhlükəsizlik Şurasına üzv dövlətin hərbçiləridir”.