Zelensk: “Mən hələ rəsmi prezident deyiləm”

546

Qələbə münasibətilə bütün komandamı təbrik edirəm. Mənə dəstək göstərən bütün ukraynalıları minnətdaram. BAu fikri “exit-poll”un açıqlamasından sonra keçirdiyi brifinqdə Vladimir Zelenski söyləyib.

V.Zelenski seçicilərin etimadını doğruldacağını vəd edib.

“Mən hələ rəsmi prezident deyiləm, bütün postsovet ölkəsinin vətəndaşlarına üzümü tutaraq deyə bilərəm ki, bizdə hər şey mümkündür”, – deyə Zelenski əlavə edib.

Ukraynada prezident seçkilərində məğlub olan hazırki prezident Petro Poroşenko sesvermənin nəticələrindən sonra keçirilən brifinqdə siyasətdən getməyəcəyini bəyan edib.
“Mən növbəti ayda dövlət başçısı vəzifəsini tərk edəcəyəm. Əhalinin çoxluğu bunu istədi. Mən ofisdən gedirəm, siyasətdən yox!. Bizim komanda həyata keçirdiyi siyasəti davam etdirəcək, buna əmin ola bilərsiniz. Ukraynanın inkişafı, uğurları üçün mübarizəmizi davam etdirəcəyik”, – deyə Poroşenko əlavə edib.

Poroşenko həmçinin çıxışı zamanı Vladimir Zelenskini qalib gəlməsi münasibətilə təbrik edib.