Zəvvarlarımız qayıdırlar

528

Həcc ziyarətində olan azərbaycanlı zəvvarların ilk qrupu bu gün geri dönür. Qafqaz Müsəlmanları İdarəsinin Həcc missiyasından verilən məlumata görə, zəvvarları gətirəcək ilk təyyarə reysi bu gün günorta saatlarında Mədinədən havaya qalxacaq. Bu gün zəvvarları gətirəcək daha bir təyyarə reysinin yerinə yetirilməsi nəzərdə tutulub. Digər reyslər isə sabah və növbəti günə planlaşdırılır.

Qeyd edək ki, bu il sentyabrın 2-dən azərbaycanlı zəvvarların Həccə səfəri başlayıb.  Bu il Azərbaycandan gedən zəvvarlar üçün say limiti ötən ilkindən az – 1500 nəfər müəyyənləşsə də, sonradan bu rəqəm daha da azaldılaraq 1040-a endirilib, daha sonra isə 1050-ə qaldırılıb.  Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.