Zərdabi qəsəbəsində məktəbin yeni binasının açılış mərasimi olub

19

8 oktyabr 2021-ci il tarixdə Quba rayonunun Zərdabi qəsəbəsində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş Bayram Şixəmirov adına Zərdabi qəsəbə tam orta məktəbinin yeni binasının açılış mərasimi olmuşdur. Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Azərbaycan Respublikası Milli Məclisin deputatı Vahid Əhmədov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov, Heydər Əliyev Fondunun nümayəndəsi Elvin Aslanov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, qəsəbə sakinləri və məktəbin kollektivi iştirak etmişdir.