Zənginlərin 87 faizi kişi, 13 faizi qadın

519
Aparılan araşdırmalar dünyada zənginlərin sayının artdığını ortaya çıxarıb. “Wealth-X” və “USB” tərəfindən hazırlanan “Dünyanın Ultra Zənginləri” hesabatına əsasən sərvəti 30 milyon dollardan yuxarı olanların sayı 2013-cü illə müqayisədə 7,2 faiz artaraq 2014-cü ildə 211 min nəfərə çatıb. Sizə ultra zənginlərin yaşadığı ölkələrin siyahısını təqdim edirik.
1. ABŞ- 69560 nəfər2. Almaniya – 19096 nəfər

3. Yaponiya – 14729 nəfər

4. İngiltərə – 11510 nəfər

5. Çin – 11070 nəfər

6. Hindistan – 8595 nəfər

7. İsveçrə – 6635 nəfər

8. Kanada – 5305 nəfər

9. Fransa – 4750 nəfər

10. Brazilya –  4225 nəfər

11. Avstraliya – 3580

nəfər

12. Meksika – 3470 nəfər

13. Honkonq – 3335 nəfər

14. İtaliya – 2295 nəfər

15. İspaniya – 1800 nəfər

16. Norveç – 1565 nəfər

17. Səudiyyə Ərəbistanı –

1495 nəfər

18. Cənubi Koreya- 1470

nəfər

19. Sinqapur – 1395 nəfər

20. Hollandiya – 1370 nə

fər

21. Türkiyə – 915 nəfər

Dünyada ən çox ultra zəngin yaşadığı şəhər 8655 nəfərlə Nyu-York daha sonra isə 6800 nəfərlə London hesab olunur. Araşdırmalara əsasən zənginlərin 87 faizi kişi, 13 faizi qadın, 91 faizi evli olduğu məlum olub. Orta hesabla həmin milyonçuların 2 övladı, 1 nəvəsi olur. Araşdırma zamanı o da məlum olub ki, ultra zənginlər 25 milyard dollar zinyət əşyasına və 22 milyard dollar isə gəmi almaq üçün xərcləyirlər.