“Zəfər Tarixi”ndə MDU-nun məzunu da yad olunub

333

2021/2022 tədris ilinin başlanması münasibəti ilə Bakı şəhər Sahil qəsəbəsi 253 saylı məktəbin 2 b sinifinin rəhbəri Kərimova Səbinə müəllimənin təşəbbüsü ilə ilk dərs “Zəfər Tarixi”nə həsr olunub.

Sinifin şagirdlərinin hər biri Zəfər tarixini canları, qanları ilə yazan dastana dönən şəhidlərin fotosunu əks etdirən formalar geyiniblər.

Hər şagird fotosunu daşıdığı şəhid haqqında çıxış edib. Sinfin şagirdi Fərəcli Dəniz (Soltan Fərəcli ) Mingəçevir Dövlət Universitetinin (MDU) şəhid məzunu Əzəmi Hüseynovun fotosunu əks etdirən formanı geyinib. Şəhidin həyat hekayəsi, tələbəlik illəri, şəhidlik zirvəsi haqqında çıxış edib.

Belə gözəl təşəbbüs üçün Səbinə müəlliməyə təşəkkür edir, şagirdlərə uğurlar arzu edirik.

Esmira Hidayətova, Mingəçevir