Yuxu yaddaşı gücləndirir

662
Alshaymer (unutqanlıq, yaddaşsızlıq) xəstəliyi 60 yaşlılarda deyil, 40 yaşlı insanlarda da rast gəlinir. Mütəxəssislər bu xəstəliklə mübarizə aparmağın bir yolunu da bu xəstəliyə yoluxan insanların daha fəal və ictimaiyyətlə sıx əlaqədə olmalarında görürlər.
Alshaymer elə bir xəstəlikdir ki, nə qədər ictimai və fəal həyatda təmasda olsan, bir o qədər xəstəliyə yoluxma ehtimalı azalar. Bunun üçün idman etmək, şəkərli qidalardan çox da istifadə etməmək, stresli, gərgin yerlərdən uzaq durmaq da əsas şərtdir.

Beyində müəyyən dəyişikliklər özünü daha çox 40 yaşlarda göstərir. Depressiyaya düşmək, hərəkətsiz, süst həyat tərzi keçirmək sağlamlıq problemlərindən biri olan “metabolik sindromu”na səbəb olur.

Yaddaşsızlığın qarşısını necə almaq olar?

İlk növbədə, yerini xatırlamaqda çətinlik çəkdiyiniz obyektlər üçün bir yer təyin edin.

– Özünüz üçün qeydlər aparın. Telefon nömrələrini axtarmaqda, yaxud xatırlamaqda çətinliyiniz varsa, bunları əvvəlcədən görə biləcəyiniz yerə qoyun. Bunun üçün cib telefonunun səsyazma düyməsindən də istifadə edə bilərsiniz. İctimai yerlərə, mədəniyyət ocaqlarında – konsertlərə daha çox vaxt ayırın ki, beyniniz dincəlsin. Vaxtında və normal yuxu saatınızı başa vurun.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, yaddaşsızlığın bir səbəbi də yuxusuzluqdur. Normal yuxudan sonra nəyi isə xatırlayıb yada salmaq daha asan olur, harasa qoyduğun hər hansı bir əşyanı tapmaqda çətinlik yaranmır. Çünki yaxşı bir istirahət, mükəmməl yuxu unutqanlığı geridə qoyur, yaddaşı isə gücləndirir.