Dünən UEFA Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.
Turun ən çox maraqla gözlənilən qarşılaşmasında H qrupunda yer alan “Yuventus” komandası “Mançester Yunayted”i qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda “Yuventus” 1:2 hesabı ilə məğlub olub. Matçın 65-ci dəqiqəsində Kriştiano Ronaldo Leonardo Bonuççinin ötürdüyü topu saxlamadan qapıya göndərib – 1:0. Lakin görüşün 86-cı dəqiqəsində Xuan Mata cərimə zərbəsini dəqiq yerinə yetirərək hesabı bərabərləşdirib – 1:1. Bu qoldan 4 dəqiqə sonra Aleks Sandronun avtoqolu qonaqları hesabda irəli çıxarıb – 1:2.
Qrupun digər oyununda “Valensiya” doğma meydanda İsveçrənin “Yanq Boyz” komandasını 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Məğlubiyyətə baxmayaraq, hesabında 9 xal olan “Yuventus” qrupda liderdir. “Mançester Yunayted” 7 xalla ikinci, “Valensiya” 5 xalla üçüncü, “Yanq Boyz” isə 1 xalla sonuncu pillədə qərarlaşıb.
E qrupunun lideri “Bavariya” Münxendə “AEK Afina”nın qapısından iki cavabsız top keçirib. Matçda Robert Levandovski dubl edib. Digər oyunda isə “Benfika” ev oyununda “Ayaks”ın müqavimətini qıra bilməyib – 1:1.
Bu qələbə sayəsində xal ehtiyatını 10-a çatdıran “Bavariya” səkkizdəbir finala vəsiqəni təmin edib. Səkkiz xalı olan “Ayaks” ikinci, “Benfika” isə 4 xalla üçüncü sıradadır. “AEK Afina”nın isə aktivində xal yoxdur.
“Mançester Siti” komandası doğma meydanda “Şaxtyor”u 6:0 hesabı ilə darmadağın edərək F qrupunda liderliyini daha da möhkəmləndirib. Görüşdə Qabriel Cesus het-trik edib. “Lion” isə Fransada “Hoffenhaym” ilə qarşılaşıb. İlk hissədə 0:2 hesabı ilə geri düşən Almaniya təmsilçisi 51-ci dəqiqədə meydanda sayca azlıqda qalsa da, məğlubiyyətdən xilas olmağı bacarıb – 2:2.
F qrupunda “Mançester Siti”nin 9 xalı var. “Lion”un 6, “Hoffenhaym”ın 3, “Şaxtyor”un isə 2 xalı var.
G qrupunun hər iki oyununda qonaqlar qələbə qazanıblar. “Roma” səfərdə Moskvanın Mərkəzi Ordu İdman Klubunu (CSKA) 2:1 hesabı ilə məğlub edib. “Real Madrid” isə “Viktoriya Plzen”in qapısından beş cavabsız top keçirib.
Bu qrupda “Real” və “Roma” 9 xal toplayıblar. “CSKA”nın aktivində 4, “Viktoriya Plzen”in isə 1 xalı var.
UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun görüşləri noyabrın 28-29-da oynanılacaq.
Çempionlar Liqası, 4-cü tur
7 noyabr
E qrupu
00:00. “Bavariya” (Almaniya) – AEK (Yunanıstan) – 2:0
Qol: Levandovski, 31-pen. 71
00:00. “Benfika” (Portuqaliya) – “Ayaks” (Hollandiya)- 1:1
Qol: Yonas, 29 (1:0), Tadiç, 61 (1:1)
1. | Bavariya | 4 | 3 | 1 | 0 | 7:1 | 10 |
---|---|---|---|---|---|---|---|
2. | Ayaks | 4 | 2 | 2 | 0 | 6:2 | 8 |
3. | Benfika | 4 | 1 | 1 | 2 | 4:6 | 4 |
4. | AEK | 4 | 0 | 0 | 4 | 2:10 | 0 |
F qrupu
00:00. “Lion” (Fransa) – “Hoffenhaym” (Almaniya) – 2:2
Qollar: Fekir, 19 (1:0), Ndombele, 28 (2:0), Kramariç, 65 (2:1), Kaderabek, 90+2 (2:2)
Qırmızı vərəqə: Kasim, 51 (“Hoffenyahm”)
00:00. “Mançester Siti” (İngiltərə) – “Şaxtyor” (Ukrayna) – 6:0
Qol: David Silva, 13, Qabriel Jesus, 24, Sterlinq, 49, Qabriel Jesus,71-pen. Mahrez, 84, Qabriel Jesus, 90+2
1. | Mançester Siti | 4 | 3 | 0 | 1 | 12:3 | 9 |
2. | Lion | 4 | 1 | 3 | 0 | 9:8 | 6 |
3. | Hoffenhaym | 4 | 0 | 3 | 1 | 8:9 | 3 |
4. | Şaxtyor | 4 | 0 | 2 | 2 | 4:13 | 2 |
G qrupu
21:55. SSKA (Moskva, Rusiya) – “Roma” (İtaliya) – 1:2
Qollar: Manolas, 4 (0:1), Siqundsson, 51 (1:1), Pelleqrini, 59 (1:2)
Qırmızı vərəqə: Maqnusson, 56 (SSKA)
00:00. “Viktoriya” (Çexiya) – “Real” (İspaniya) – 0:5
Qol: Benzema, 21, Kasemiro, 23, Benzema, 37, Beyl, 40, Kroos, 67
1. | Real | 4 | 3 | 0 | 1 | 10:2 | 9 |
2. | Roma | 4 | 3 | 0 | 1 | 10:4 | 9 |
3. | SSKA | 4 | 1 | 1 | 2 | 4:7 | 4 |
4. | Viktoriya | 4 | 0 | 1 | 3 | 3:14 | 1 |
H qrupu
21:55. “Valensiya” (İspaniya) – “Yanq Boyz” (İsveçrə) -3:1
Qollar: Mina, 14 (1:0), Assele, 37 (1:1), Mina, 42 (2:1), Soler, 56 (3:1)
00:00. “Yuventus” (İtaliya) – “Mançester Yunayted” (İngiltərə) – 1:2
Qol: Ronaldo, 65 (1:0), Mata, 86 (1:1), Aleks Sandro, 90-avtoqol (1:2)
1. | Yuventus | 4 | 3 | 0 | 1 | 7:2 | 9 |
2. | Mançester Yunayted | 4 | 2 | 1 | 1 | 5:2 | 7 |
3. | Valensiya | 4 | 1 | 2 | 1 | 4:4 | 5 |
4. | Yanq Boyz | 4 | 0 | 1 | 3 | 2:10 | 1 |
6 noyabr
A qrupu
“Monako” (Fransa) – “Brügge” (Belçika) – 0:4
“Atletiko” (Madrid, İspaniya) – “Borussiya” (Dortmund, Almaniya) – 2:0
B qrupu
“İnter” (İtaliya) – “Barselona” (İspaniya) – 1:1
“Tottenhem” (İngiltərə) – PSV (Hollandiya) – 2:1
C qrupu
“Srvena Zvezda” (Serbiya) – “Liverpul” (İngiltərə) – 2:0
“Napoli” (İtaliya) – PSJ (Fransa) – 1:1
D qrupu
“Portu” (Portuqaliya) – “Lokomotiv” (Moskva, Rusiya) – 4:1
“Şalke” (Almaniya) – “Qalatasaray” (Türkiyə) – 2:0
(qol.az)