Yuli Sezarın ayının 31 gün ikən…

0
672

Qədim Roma İmperatoru Yuli Sezar təqvimdəki qarışıqlıqları həll etməsi üçün misirli astronomiya alimi Sozigeni (Sosigenes) yanına çağırtdırır. O vaxtlar 1 ilin 365 gün 6 saat davam etdiyi bilinirdi. Sozigen isə qarışıqlığı belə həll edir: Hər il 365 gün davam edəcək.
Yerdə qalan 6 saatlar 4 ildə bir təqvimə əlavə olunacaq və il 365 + 24 saat = 366 gün olacaq. 366 gün 12 bərabər hissəyə bölünmədiyi üçün 6 ay 30 gün, digər 6 ay 31 gün davam edəcək.
Bəs 365 gün çəkən illərin aylara görə bölgüsü necə olacaq?
Sezar əmr verir ki, 365 gün çəkən illərdə ən sonuncu aydan 1 gün azaldılsın. O vaxtlar yeni il mart ayından başlayırdı, yəni fevral ilin son ayı idi. Beləcə fevral ayı 4 ildə bir 30 gün, digər illərdə 29 gün olurdu.
Sezar bununla da kifayətlənməyib aylardan birinə öz adını verir: “Julius” yəni, “July” (İyul). Sonradan İmperator olan Auqustus, Sezardan dala qalmayıb və sonrakı aya öz adını verir: “Auqustus” yəni, AUGUST (Avqust).
Ancaq Yuli Sezarın ayının 31 gün ikən, Augustusun ayının 30 gün olması mümkün deyildi. Buna görə də Auqustus əmr verir ki,
ilin son ayından (o zamanlar fevral ayı) 1 gün daha azaldılsın və onun adını daşıyan ay 31 gün olsun.
Beləliklə, fevral ayından 1 gün də azaldılır və avqusta əlavə olunur. O gündən bəri fevral ayı 4 ildə bir 29 gün, digər illərdə isə 28 gün olur.
Yuli Sezarın adını daşıyanı iyul və Auqustusun adını daşıyan avqust ayı ardıcıllıqla 31 gün davam edir.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here