“Yuğ”un Vaqifi

476

Ondan söz düşəndə belə deyirlər: O, “Yuğ” Teatrı ilə Azərbaycan teatrına yeni ab-hava gətirib. Ömrünün sonuna qədər dəhəmin teatrda yaradıcılıqla yanaşı, gənc aktyor və rejissor nəslinin yetişməsində misilsiz əmək sərf edib”. Yəqin, söhbətin kimdən getdiyini bildiniz. Bəli, 61 il ömür sürmüş “Yuğ” Teatrının yaradıcısı Əməkdar incəsənət xadimi Vaqif İbrahimoğludan (18.10.1949 – 2011). Bu gün onun vəfatından 6 il ötür.

O, doxsana yaxın tamaşaya öz dəst-xəttinə uyğun şəkildə quruluş verdi. 2009-cu ildə Anton Pavloviç Çexovun “Albalı bağı” pyesi əsasında səhnələşdirdiyi “Birinci akt” tamaşası isə onun sonuncu yaradıcılıq işi oldu. Eşitdiyimə görə, Vaqif müəllim: “Çevovun pyesi mənim son tamaşam olacaq” deyibmiş.

O, sənətə aktyor kimi gəldi, aktyorluğun sirlərini daha dərindən mənimsədikdən sonra rejissor kimi fəaliyyətə başladı. Yeri gəlmişkən, o, “Dantenin yubileyi” (Eldar), “Bağlı qapı” (Ənvər) “Qəm pəncərəsi” (Xudayar bəy), “Otel otağı” (Doğan bəy) kimi bir neçə filmlərdə rollarda çəkilib. 2010-cu il Nəriman filmin istehsalı olan “Sahə” filmində Vaqif İbrahimoğlu polis rəisi rolundadır.

Yeri gəlmişkən, onu da qeyd edim ki, Vaqif İbrahimoğludan dəfələrlə görüşmüşəm. Lakin ondan geniş müsahibə almağa heç zaman cürət etməmişəm. Çünki mənə elə gəlirdi ki, Vaqif müəllimdən müsahibə almaq üçün teatrı onun qədər bilmək vacibdir.

Qeyd edək ki, 1967-ci ildə Mədəniyyət və İncəsənət Universitetinə daxil olan V. İbrahimoğlu 1973-76-cı illərdə Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor işləyib. 1976-79-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979-82 -ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982-89-cu illərdə isə”Muzkomediya”da baş rejissor vəzifəsində çalışıb. Akademik Milli Dram Teatrında, Türkiyə, Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala teatrında müxtəlif tamaşalara quruluş vemriş sənətkar 1989-cu ildə “YUĞ” teatrının əsasını qoyub. Mərhum sənətkar 2001-ci ilin may ayında Bakıda vəfat edib.

Allah rəhmət eləsin.