Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının “Səsimdən yapış” adlı yeni tamaşasının premyerası keçirilib. Kamal Abdullanın “Bir… iki… bizimki…” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Gümrah Ömər, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, geyim üzrə rəssamı Leyla Əliyeva, musiqi tərtibatçısı Ramiq Mehdidir. Tamaşada YUĞ Dövlət Teatrının aktyorları Əməkdar artistlər Məmməd Səfa (Kişi), Gülzar Qurbanova (Qadın), İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları Ceyun Əliyev (Oğlan səsi), Solmaz Məmmədova (Qız səsi) və Şəbnəm Cəbrayılova (Qadın səsi) çıxış edirlər. YUĞ Dövlət Teatrının binasında nümayiş olunan tamaşada pyesin müəllifi Kamal Abdulla, teatr ictimaiyyəti və media nümayəndələri iştirak edib.
Son xəbərlər
Yeni Azərbaycan Partiyasının mətbuat xidmətinin məlumatı
Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsinə uyğun olaraq, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov...