“Yuğ” mükafatla qayıdıb

537

Yuğ Dövlət Teatrı 24-28 avqust tarixlərində Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalında iştirak edib. Qazaxıstanın xalq artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr olunmuş festivaldan teatr mükafatla qayıdıb.

 

Mikayıl Mikayılovun quruluş verdiyi “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edən teatr “Xəzər renessansı” nominasiyası üzrə diplomla təltif olunub. Həmçinin rejissor Mikayıl Mikayılov və Respublikanın əməkdar artisti Gülzar Qurbanova Türksoy türk mədəniyyət qurumunun təşkil etdiyi məşhur türk dramaturqu Haldun Tanerin 100 illiyinə həsr olunmuş medala layiq görülüb.

Xatırladaq ki, festivalda beynəlxalq tərkibli münsiflər heyətində Azərbaycanı sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilov təmsil edib.