“Yol hərəkəti qaydalarına riayət et, sağlam yaşa”

523

Mingəçevirdəki 7 nömrəli məktəbin şagirdləri yol hərəkəti qaydalarının   təbliği ilə bağlı  “Yol hərəkəti qaydalarına riayət et, sağlam yaşa” adlı maarifləndirici tədbir keçiriblər. Tədbir  məktəbin  2 b sinifinin şagirdləri və sinif müəlliməsi Fəranə İmanovanın təşkilatçılığı ilə ərsəyə gəlib. Tədbirə müəyyən yol hərəkəti nişanlarını nümayışi ilə start verilib. Daha sonra şagirdlər yol hərəkəti qaydaları ilə bağlı şeirlər səslənirdirib, hərəkət qaydalarını kiçik səhnəciklər vasitəsi ilə öz tamaşaçılarına  çatdırıblar.

Azyaşlı şagirdlərin bu maarifləndirici tədbiri çox maraqla qarşılanıb və alqışlanıb.

Tədbirdə çıxış edən məktəbin direktoru Anar İsmayılov Fəranə müəlliməyə minnətdarlı bildirərək deyib ki, bu cür tədbirlər nümunəvi olmaqla yanaşı, həm də alqışalayiqdir: ”Uşaq və yeniyetmələrin təhlükəsizliyini təmin etmək və yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədilə belə tədbirlərin mütəmadi keçirilməsi vacibdir. Bu kimi  tədbirlər şagirdlərə təhlükəsiz davranış vərdişlərini aşılayır”.

Mingəçevir şəhər Polis şöbəsi  Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov çıxış edərək belə maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinə ehtiyac olduğunu vurğulayıb. O, həmçinin yol nişanları haqqında şagirdlərə geniş məlumat verib.

Mingəçevir Polis şöbəsinin Yetginlik Yaşına Çatmayanlarla Proflaktiki işin təşkili bölməsinin inspektoru Rəşad Məmmədov da belə tədbirlərin əhəmiyyətindən söz açıb.

Qeyd edək ki, son illərdə yol nəqliyyat hadisələrinin, avtomobil idarə edərkən diqqətsizlik və qaydalara düzgün riayət olunmaması səbəbindən baş verən qəzalar və insan ölümlərinin sayı artmaqdadır. Bu kimi hadisələrin qarşısının alınması üçün belə maarifləndirici tədbirlərin davamlı olaraq keçirilməsinə həqiqətən böyük ehtiyac vardır. 

Esmira Hidayətova, Mingəçevir