Yığmamız zirvədə qərarlaşıb

621

Azərbaycan millisi Bakı-2015 I Avropa Oyunlarının qeyri-rəsmi komanda hesabında liderliyini qoruyub. Yarışın 3-cü günündən sonra da yığmamız medal sıralamasındakı zirvədə qərarlaşıb.

 

Belə ki, Avropa Oyunlarında sahibini tapan 24 dəst medalı qazanan 26 ölkə arasında ən çox mükafatı Azərbaycan əldə edib. Millimizin hesabında 6 qızıl, 2 gümüş və 5 bürünc var.

 

Siyahıda 2-ci pillədə Rusiya qərarlaşıb. Türkiyə millisi ilk “üçlüy”ü qapayır. Sonuncular medalların ümumi sayında 2-cidi.

 

Azərbaycan idmançıları ümumilikdə 13 mükafat qazanıbsa, türkiyəlilərin hesabında 12 medal var. Rusiya ilə Fransa isə hərəyə 7 dəfə fəxri kürsüyə qalxıblar.

 

 

Yer Ölkə Qızıl Gümüş Bürünc Cəmi
1 Azərbaycan 6 2 5 13
2 Rusiya 5 0 2 7
3 Türkiyə 4 2 6 12
4 İsveçrə 3 2 1 6
5 Fransa 2 2 3 7
6 İspaniya 2 0 0 2
7 Xorvatiya 1 1 2 4
8 Böyük Britaniya 1 0 0 1
9 İtaliya 0 3 0 3
10 Ukrayna 0 2 1 3
11 Avstriya 0 2 0 2
12-13 Belarus 0 1 2 3
  Almaniya 0 1 2 3
14-19 Ermənistan 0 1 0 1
  Yunanıstan 0 1 0 1
  Macarıstan 0 1 0 1
  Hollandiya 0 1 0 1
  Portuqaliya 0 1 0 1
  Serbiya 0 1 0 1
20 Makedoniya 0 0 2 2
21-26 Bolqarıstan 0 0 1 1
  Estoniya 0 0 1 1
  Monteneqro 0 0 1 1
  Polşa 0 0 1 1
  Slovakiya 0 0 1 1
  İsveç 0 0 1 1