“Yeniləşən Dövlətə Dəstək” İB Mingəçevir təşkilatının üzvləri aztəminatlı ailələri ziyarət ediblər

98

Ehtiyacı olana yardım edib ona əl tutmaq hər zaman təqdir edilib. Bəziləri düşünür ki, kiməsə yaxşılıq etmək, xeyriyyəçiliklə məşğul olmaq üçün gərək pulun olsun. Amma pul şərt deyilmiş. Könüllü şəkildə yardım edərək də bu işin öhdəsindən gəlmək mümkündür. Düzdür, insan etdiyi yaxşılığı deməməlidir. Amma biz “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin Mingəçevir (İB) təşkilatının  gördüyü işləri işıqlandırmağı özümüzə borc bildik. Borc bildik ki, bu cür  xeyirxah işlərin davamı gəlsin.

“Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin Mingəçevir təşkilatının üzvləri müqəddəs Ramazan bayramı münasibəti ilə aztəminatlı ailələrlə görüşüb onları evlərində ziyarət edərək onlara ərzaq bağlamaları, geyim əşyaları aparıblar.  Darda, köməyə ehtiyacı olana yardım əli uzatmaq hər birimizin vətəndaşlıq, insanlıq görəvimizdir. Birliyin üzvləri tərəfindən yardım edilən ailələrdə olan azyaşlı xəstə uşaqlarda ziyarət edilib.  Onların problemləri ilə maraqlanılıb, birliyin üzvləri onlara növbəti dəfə də yardımlar edəcəklərini bildiriblər. Qeyd edək ki, birliyin üzvləri bundan öncə də şəhid ailələrini, qaziləri ziyarət edərək onlara hər zaman yanlarında olacaqlarını bildiriblər. Ona görə hər bir insan ehtiyacı olana bacardığı qədər kömək etməyə çalışsa, dünyamız gözəlləşər.

Bugünkü görüşlərdən razı qalan aztəminatlı ailələr onlara dəstək olan Xeyriyyəçilərlə  və Könullulərlə is üzrə sədr muavini,  gənc  xanım Aygün Xəlilovaya,  “Yeniləşən Dövlətə Dəstək” İctimai Birliyinin sədri İlham Abbasova və Mingəçevir təşkilatının üzvlərinə minnətdarlıqlarını bildiriblər.

Esmira Hidayətova, Mingəçevir