Yeni yapon pilotsuz traktorları təqdim edilib

438

Yaponiyanın Baş naziri Şinzo Abe yeni yapon pilotsuz traktorlarını təqdim edib. Həmin traktorların yaxın dövrlərdə milli kənd təsərrüfatında istifadə olunacağı gözlənilir. Təqdimat oktyabrın 1-də Kioto şəhərində işə başlayan Beynəlxalq Elm və Texnologiyalar Cəmiyyətdə Forumu (STS) zamanı keçirilib.

Baş nazir qeyd edib ki, bu traktorlar yalnız hərəkət etmir, eyni zamanda, bir-biri ilə ünsiyyət yaradır. Gələcəkdə onların ümumyapon qlobal mövqe müəyyənetmə sisteminə qoşulacağı nəzərdə tutulur.

Yaponiya hökumətinin başçısı, həmçinin əlavə edib ki, yalnız bir ölkənin deyil, bütün dünyanın gələcəyi innovasiya və texnologiyaların inkişafından asılıdır.

Qeyd edək ki, artıq 14-cü dəfə təşkil edilən bu nüfuzlu tədbirdə dünyanın 150-dən çox ölkəsindən 1500-dən artıq alim, iş adamı, siyasi və ictimai xadim iştirak edir. azərtac