“Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”

0
436

“Azərbaycanda əmək pensiyası üçün staj məhdudiyyəti aradan qaldırılacaq”. Bunu keçirdiyi mətbuat konfransında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov deyib. O bildirib ki, hazırda qanunvericilikdə 12 illik stajı olmayan şəxslər onun fərdi hesabında nə qədər məbləğ yığılmasından asılı olmayaraq pensiya düşmür: “Milli Məclisə bununla bağlı yeni qanun layihəsi təqdim edilib. Artıq baza hissəsi deyilən anlayış aradan qalxacaq. Yeni qanun layihəsində əmək pensiyalarının hesablanması baxımından staj məhdudiyyəti yoxdur”. fins.az