Yeni dərs ili başladı

0
434
Bu gün Azərbaycanda “Bilik günü” kimi qeyd olunur. Təhsil naziri Mikayıl Cabbarov Bilik günü münasibətilə müəllimlər, tələbələr, şagirdlər və valideynləri təbrik edib. Təbrikdə qeyd olunub ki, məktəblər nə qədər keyfiyyətli təhsil, müəllimlər uşaqlara nə qədər yaxşı tərbiyə verə biləcəklərsə, cəmiyyət və dövlət o qədər güclü olacaq və daha da inkişaf edəcək. Təbrikdə ölkədə təhsilin inkişafının hamıdan birbaşa asılı olduğu vurğulanıb. Nazir, Azərbaycan təhsilinin milli mənəvi və ümumbəşəri dəyərlərinə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf edəcəyinə, dünya təhsil sistemində öz layiqli yerini tutacağına inandığını bildirib: “Bu yolda hamınıza yeni-yeni nailiyyətlər arzulayıram”.Təhsil naziri Mikayıl Cabbarovun əmrinə əsasən, “Bilik günü”ndə ilk dərs vətənpərvərlik mövzusunda olacaq. Bu il 138 min näfärdän çox uþaq bu zəngi ilk dəfə eşidəcək.

Yeni tədris ilində ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayır. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini bu yeni qruplarda davam etdirəcək.

Bu il ilk dəfə olaraq Azərbaycanda maksimum adda və sayda – 271 adda 7,8 milyon ədəd dərslik çap olunub. Bəzi siniflər üçün tam yeni, qalanları üçün təkrar nəşr olan kitablar artıq bütün məktəblərə çatdırılıb.

2014-2015-ci tədris ilində 1692 gənc müəllim ilk dəfə işə başlayacaq. Onlar təhsil sahəsində ilk dəfə olaraq, “müəllim andı” içdikdən sonra fəaliyyət göstərəcəklər.

 

Orta təhsilini qızıl və gümüş medallarla başa vuran 201 məzunun hamısı yeni tədris ilini ali məktəblərin tələbələri sırasında qarşılayacaq.

 

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Qeyd edək ki, Prezident İlham Əliyev “Bilik Günü”ndə Bakının Şağan qəsəbəsindəki 124 nömrəli məktəbin yeni binasının açılışında iştirak edib.

Məlumat üçün bildirək ki, cari il ölkə üzrə 122 məktəb yenidən inşa olunub və ya yenidən qurulub, bu təhsil müəssisələrində əlavə korpus və sinif otaqları tikilib, 56 məktəb əsaslı təmir edilib, 64 məktəb cari təmir olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here