“Yeni Azərbaycanın yeni baharları”

412

Mingəçevir şəhərində fəaliyyət göstərən “Ailələrə Sosial Dayaq” İctimai Birliyi (ASDİB) “Yeni Azərbaycanın yeni baharları” icma əsaslı sosial inkişaf mərkəzinin fəaliyyətinin təşkili” adlı layihənin icrası davam edir.

Mingəçevir şəhərində fəaliyyət göstərən Ailələrə Sosial Dayaq İctimai Birliyinin (ASDİB) nəzdindəki “Qaranquş-Yeni nəsil” Asudə Zaman Mərkəzi fərqli bir layihəyə start verib. Layihə haqqında məlumat verən mərkəzin və layihənin rəhbəri Mətanət Yusifova bildirib ki, layihənin növbəti mərhələsi həyata keçirilib. Bu dəfə sağlamlığı məhdud olan uşaqlarla digər qəbilədən olan uşaqların birgə icma əsaslı sosial inkişaf mərkəzinin( SİM)  fəaliyyətinin təşkili sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsindən, onların və sosial xidmət sahəsində regionda fəaliyyət göstərən şəxslərin sosial iş sahəsində bilik  və bacarıqlarının SİM silsilə təlimlər təşkil etməklə artırılmasından,sosial qanunvericiliklə bağlı  saqlamlıq imkanları məhdud uşaqların valideyinlərinin maarifləndirilməsindən, sosial sifarişlər göstərən region qeyri hökümət təşkilatlarının (QHT) fəaliyyətinin səmərəliliyinin artırılmasından ibarət olub. Mətanət xanım onu da bildrdi ki, layihə çərçivəsində mərkəzdə aztəminatlı ailələrin uşaqlarına birgə icma əsaslı sosial reablitasiya xidmətlərinin göstərilməsi, könüllüləirn cəlb edilməsi, SİM- də çalışan sosial işçilərin yeni sosial sahələr üzrə (inklüziya, loqopediya, erkən müdaxilə terapiyası) bilik və bacarıqların artırılması sağlamlığı məhdud uşalqrın valideyinlərinin maarifləndirilməsi məsələləri var. Tədbirdə sağlamlığı məhdud uşaqların valideyinləri, Mingəçevir regional QHT-l təşkilatlarının resurs və təlim mərkəzinin direktoru Füzuli Əsədov, Əfqanıstan Cəmiyyətinin üzvüləri, Uşaq və Ailəyə Dəstək Mərkəzinin günərzi qayğı mərkəzinin  işçisi Elnarə Səmədova və başqaları iştirak edib.

Esmira Hidayətova, Mingəçevir