Bunu jurnalistlərə açıqlamasında SOCAR prezidenti Rövnəq Abdullayev deyib. Onun sözlərinə görə, hazırda “Total” şirkəti yekun investisiya qərarının hazırlanması üzərində işləyir: “Yataqda ilk qaz hasilatı 2020-2021-ci illərə təsadüf edəcək. İllik hasilat təxminən 5 milyard kubmetr qaz təşkil edəcək. Daha dəqiq rəqəm gələn il məlum olacaq”. Qeyd edək ki, SOCAR-ın qiymətləndirmələrinə görə, yatağın ehtiyatları 150-300 milyard kubmetr qaz təşkil edir. Xatırladaq ki, “Abşeron” yatağının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə müqavilə 2009-cu ilin fevralında imzalanıb. Müqaviləyə əsasən, SOCAR və “Total” hərəsi 40%, “GDF Suez” isə 20%-lik paya malikdir. |