Yeganə Aslanova: “Bu virus elə bir virusdur ki…”

123

Deyilənə görə, Azərbaycanda son illərdə cinsi yolla İİV/QİÇS xəstələyinə yoluxanların sayının artdığı bildirilir. Mingəçevir Regional İİV Laboratoriyasının müdiri Yeganə Aslanova  bizimlə söhbətində qeyd etdi  ki, ümumilikdə yoluxmaların sayı artmayıb, hazırda  yoluxma səviyyəsi sabitdir. Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı ölkələr sırasında olduğunu vurğulayan həkimin sözlərinə görə, İİV-ə yoluxma, adətən narkotik istifadəçiləri arasında daha çox yayılıb.

Qeyd edək ki, 2011-ci ilden Səhiyyə Nazirliyinin əmrinə əsasən Respublika QİÇS-lə Mübarizə mərkəzinin  bölgələrdə yaradılan 10 regional labiratoriyasindan biri də Mingəçevir Regional Laboratoriyasıdır. Laboratoriya Mingecevir şəhər Heyder Əıiyev 30 ünvanında yerləşir. Yeganə həkim bildirdi ki, Mingeçevir Regional İİV laboratoriyasında könüllü müayinə və məsləhət kabinetinə müraciət  edən hər bir vətəndaş anonim şəkildə testdən keçib  İİV statusunu öyrənə bilər. Eyni zamanda yetərli maarifləndirici məlumat ala bilər.

Həkim bildirdi ki, son vaxtlar maarifləndirmə işlərinin  nəticəsi olaraq laboratoriyada  könüllü müraciət edən insanların sayi artır. Bu da zamanında aşkarlanmaya səbəb olunur: ”Zamaninda aşkarlanan İİV pozitiv şəxslərə ARV terapiya  Respublika QİÇS-lə mübarizə mərkəzi tərəfindən təyin olunur və müalicəyə cəlb olunur.  Müayinə və müalicə dövlət tərəfindən təmin olunur”.

Həkim onu da dedi ki, insan gənc yaşında  bu virusa yoluxsa belə, xəstəlik ləng gedişli olduğundan 8-10 il təsirsiz insan orqanizmində ola bilər:  “Yoluxma isə 3 yolla – xəstə anadan uşağa (hamiləlik vaxtı), qan vasitəsi və cinsi yolla keçə bilər. Əgər hamiləliyin erkən dövründə xəstəlik aşkarlansa ARV terapiya xəstə anadan sağlam uşaq dünyaya gətirə bilər. Yoxlanılmamış donor qanının köçürülməsi, qanla təmasda olan  sterilizə olunmamış tibbi alətlər vasitəsi ilə, ineksiya istifadəçiləri, bir də təsadüfi qorunmamış cinsi əlaqələr risklidir. İstənilən cinsi partnyorunda bu xəstəlik ola bilər deyə düşünülməlidir. Çünki bu virus elə bir virusdur ki, insan onu 8-10  il daşısa belə özünü biruzə vermir. Səbəb isə immun sisteminin güclü olmasıdır. Amma getdikcə immun sistemi zəifləyir. Nəticədə həmin virus müxtəlif infeksiyalardan və bədxassəli şişlərdən qoruyan immun sisteminə təsir göstərir və Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (AİDS/QİCS)çevrilərək ölümcül infeksiyalar və ya onkoloji xəstəliklərə səbəb olur”.

Esmira Hidayətova, Mingəçevir