Yaz öz yerini yaya verdi

574

İyunun 21-i saat 08:24-dən etibarən yaz öz yerini yay fəslinə verib. Həmin vaxt yay Günəş qarşıdurması anı adlanır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası direktorunun müavini Elçin Babayev bildirib.

E.Babayev deyib ki, yaz fəsli Azərbaycana martın 20-si Bakı vaxtı ilə saat 14.29-da qədəm qoyub. Həmin vaxt yaz gecə-gündüz bərabərliyi adlanır. Payız sentyabrın 22-dən 23-ə keçən gecə saat 00.02-də (payız gecə-gündüz bərabərliyi), qış isə dekabrın 21-i saat 20.28-də (qış Günəş qarşıdurması anı) başlanacaq.