“Yaxşıların yaxşısı” və “İlin qızıl şagirdi” seçildilər

103

Mingəçevir şəhər Texniki Humanitar Liseyində Ulu Öndərin doğum gününə həsr edilmiş ənənəvi “Yaxşıların yaxşısı” mükafatlandırma mərasimi keçirildi. “Yaxşıların yaxşısı” mükafatına 6b sinif şagirdi Gülçin, 7a sinif şagirdi Zeynəb və 8a sinif şagirdi Büsat layiq görüldü.  “İlin qızıl şagirdi”  isə IXb sinif şagirdi Məmmədov Elnur Elxan oğlu seçildi.

Tədbirdə Mingəçevir ŞTŞ-nın nümayəndəsi Pərviz Seyfullayev, liseyin direktoru Nailə Məmmədova, müəllimlər, valideynlər və şagirdlər iştirak edirdilər. Tədbirə liseyin musiqi müəllimi Həlimə Abışovanın rəhbərlik etdiyi 6c sinif şagirdlərindən ibarət xorun ifasında gözəl musiqi nömrələri rəng qatdı.

Esmira Hidayətova, Mingəçevir