“Yaxşı oyun göstərmək üçün meydana çıxacağıq”

Bu gün “Qarabağ” Avropa Liqasının qrup mərhələsinin son turunda səfərdə “Arsenal”ın qonağı olacaq. Komandamızın baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib: “Qrup mərhələsində sonuncu oyunumuzdur, rəqibimiz isə İngiltərənin köklü klublarından “Arsenal”dır və gücü hamıya bəllidir. Bilirik ki, rəqib bu mövsüm çox yaxşı nəticələr göstərir və İngiltərə nəhənglərindən biridir.  Yaxşı oyun göstərmək üçün meydana çıxacağıq və çalışacağıq ki, ən yaxşı formada özümüzü göstərək”.

 Futbolçumuz Maksim Medvedev də qarşılaşma haqda öz fikirlərini bildirib: “Arsenal”ı xüsusi təqdim etməyə ehtiyac yoxdur.  Oyun nəticə baxımından ola bilər ki, o qədər də əhəmiyyət daşımır. Buna baxmayaraq,  çalışacağıq ki, meydana çıxıb əlimizdən gələnin ən yaxşısını edək. Bizi çətin və maraqlı 90 dəqiqə gözləyir”.