Yaxın Şərqin sağalmayan yarası (3)

473

Türkmən soyqırımının sonrakı illərdə də davam etməsini əslində yalnız Hitler Almaniyası tərəfindən II Dünya müharibəsi illərində yəhudilərə qarşı həyata keçirilən soyqırımı ilə müqayisə etmək olar. Çünki bu soyqırımı sivil dünyanın gözləri qarşısında baş verir. Fərq ondadır ki, yəhudilər II Dünya müharibəsi illərində 4-5 il ərzində bu ağır fəlakəti yaşayıblar, İraq türkmənlərinin isə qətliamları 100 ilə yaxındır davam edir. Digər tərəfdən də İraq türkmənlərini soyqırımına məruz qoyanlar sionistlərin əlaltıları olan və onların sifarişlərini yerinə yetirən Tələbani və Bərzani gücləridir. Bu baxımdan terrorçu və separatçı kürdlər tərəfindən İraq türkmənlərinə qarşı həyata keçirilən soyqırımı dəhşət doğurmaqdadır. Nəhayət İraqdakı kürdlərin türkmənlərə olan nifrətini ermənilərin türklərə olan tarixi nifrəti və türk qanına həris olmaları ilə müqayisə etmək olar. Yeri gəlmişkən onun da deyək ki, kürdlərin daxilində yəhudi kürdlərdən əlavə özlərini kürd kimi qələmə verən ermənilər də var. Osmanlı dönəmində müəyyən siyasi səbəblərdən soyadlarını dəyişdirərək özlərini kürd kimi qələmə verən ermənilər hələ ötən əsrin 20-30-cu illərində Türkiyəyə qarşı kürd qiyamlarını təşkil edərək ona rəhbərlk etmişdilər. Sonralar yaranan Kürd Fəhlə Partiyasının ( PKK) ali orqanlarında da kifayət qədər kürd donuna bürünən ermənilər var. Onlar daim kürdlər arasında türk düşmənçiliyini körükləməkdədirlər. İraq türkmənlərinə qarşı bölgədəki kürdlər tərəfindən həyata keçirilən soyqırımının əksər təşkilatçılarının da ermənilər olduğu məlumdur. Bir sözlə, İraq türkmənlərinə qarşı həyata keçirilən soyqırımının arxasında kürd donuna bürünən yəhudi və erməni kürdlər, həmçinin onlar tərəfindən qızışdırılan kürd millətçi, separatçı terrorçuları dayanır.

İraq türkmənlərinə qarşı həyata keçirilən soyqırımı zamanı İraqı idarə edən rəsmilər yəhudi əsilli Bərzanilər və Təlabanilərlə sıx işbirliyinə gediblər. Nəticədə on minlərlə türkmən kürd-ərəb işbirliyi tərəfindən qətlə yetirilib. Nə qədər qəribə olsa da türkmənlərə nifrətdə ərəb və kürdlərin maraqları üst-üstə düşüb. Yəni heç yerdən kömək ala bilməyən İraq türkmənləri faktiki olaraq talenin hökmunə buraxılmışlar. Bir sözlə ərəblər və kird liderlər türkmən faktorundan alət kimi istifadə edərək onlara münasibətdə sövdələşiblər.

Səddanm Hüseyn dönəmində türkmən soyqırımı daha intensiv hal aldı. Anadan sanki türklərə nifrət ruhunda doğulan Səddam Hüseyn hakimiyyətə gəldiyi ilk günlərdən bölgədəki türkmənləri tamamı ilə məhv etmə siyasətini həyata keçirməyə başladı. Məqsəd İraqda türkmən varlığına son qoymaq idi. Buna paralel olaraq Səddam Hüseyn türkmənlərin kompakt yaşadıqları ərazilərə ərəbləri köçürməyə başladı. Bu çərçivədə də qısa müddətdə Kərkük, Telafer və digər türkmən torpaqlarına 100 minə yaxın ərəb köçürüldü. Türkmənləri soyqırımına məruz qoymaqla bölgədən onları təmizləməyin mümkün olmayacağını görən Səddam Hüseyn ərəb qadınlarla ailə həyatı quracaq türkmənlərə böyük güzəştlərin edilməsi barədə sərəncam imzaladı. Bu sərəncama əsasən ərəb qadınlarla evlənən türkmənlər böyük güzəştlər əldə etsələr də, onların övladları assimilyasiyaya məruz qalaraq ərəbləşdirilməli idilər.

1979-cu il Tazehurmatu qətliamı

Assimilyasiya siyasətinə paralel olaraq rejim tərəfindən türkmən soyqırımı də davam etdirilməkdə idi. Belə soyqırımından biri 1979-cu ildə Tazehurmatuda baş verdi. Səddam Hüseyn gücləri tərəfindən Tazehurmatuda 1000-ə yaxın dinc sakin qətlə yetirildi. Hökumət güclərinin iddialarına görə guya Tazehurmatuda dövlətə qarşı hansısa üsyan hazırlanırdı. Halbuki Tazehurmatu türkmənləri İraqda ən sakit və dinc əhalidən sayılırdılar. Tazehurmatu hökumət gücləri tərəfindən dağıdılandan və yüzlərlə dinc sakin qətlə yetiriləndən sonra məlum oldu ki, Səddama yaxın bəzi millətçi kürd rəhbərləri Tazehurmatuya kürdləri yerləşdirmək üçün onun əli ilə orada türkmən soyqırımını həyata keçiriblər. Bu məqsədlə də hökumətə yaxın kürd liderləri İraq kəşfiyyatı rəhbərlərini və Səddamın ətrafında yüksək vəzifələr tutan dövlət rəsmilərini Tazehurmatuda üsyana hazırlıq getdiyini inandıra biliblər. Türk düşmənçiliyi üzərində köklənən Səddam Hüseyn isə bundan xəbər tutan kimi məsələni araşdırmadan Tazehurmatunun dağıdılması və hökumətə qarşı çıxanların yerindəcə məhv edilməsi barədə ordu rəhbərliyinə əmr verdi. Bununla da heç bir əsas olmadan Tazehurmatu türkmənləri dəhşətli qətliama məruz qaldılar. Ordu birlikləri Tazehurmatuda hətta südəmər uşaqlara və qocalara belə rəhm etməmiş, əllərinə keçən adamları ucdantuma qətlə yetirmişdilər. Dünyanın gözü qarşısında baş verən bu faciəyə Qərb ölkələri çox təəssüflər olsun ki, biganə qaldılar. Halbuki Qərb ölkələri həmin dövrdə İraqda bir nəfər xristiyan öldürüləndə dərhal buna kəskin reaksiya verərək hay-küy qaldırırdılar. Tazehurmatuda baş verən qətliamlara Qərbin susqunluğunun səbəbi isə öldürülənlərin müsəlman türklər olması idi. Tarixboyu türk və islam düşmənçiliyi üzərində köklənən Şərqə qarşı səlib yürüşlərinin Qərbdəki varisləri günümüzdə belə türk-islam düşmənçiliyini davam etdirməkdədilər. Ona görə də Tazehurmatudakı qırğınlara Qərbdə pərdəarxasında hətta sevinir və bunu müsəlmanların sayının azalması kimi bayram edirdilər. 1979-cu ildə baş verən Tazehurmatu qətliamından on iki il sonra 1991-ci il mart ayının 5-də Səddam Hüseyn gücləri tərəfindən Tazehurmatuda növbəti ikinci soyqırımı həyata keçirildi. Bu dəfə də qondarma iddialarla yüzlərlə Tazehurmatu türkməni qətlə yetirildi.

 

Türkmən liderləri məhv etmə siyasəti

Ötən əsrin 80-ci illərində Səddam Hüseyn türkmənlərə qarşı soyqırımını daha da genişləndirməyə başladı. Bu müstəvidə də 1980-ci ildə Səddam Hüseyn tərəfindən İraq türkmənləri liderlərinin qətli həyata keçirildi. Belə ki, 1980-ci il yanvar ayının 16-da İraq türkmənlərinin siyasi liderlərindən biri olan İraq ordusunun keçmiş komandanı polkovnik, “İraq Türkmənləri Qardaslıq Ocağı “nın rəhbəri 65 yaşlı Abullah Abrulrahman, həmçinin tanınmış türkmən ziyalıları Dr. Necdet Koçak, Dr. Riza Dəmirci və iş adamı Adil Şərif qondarma ittihamlarla edam edildilər. Halbuki onların heç biri İraq dövlətinə qarşı çıxmamış, əksinə separatçı və terrorçu kürdlərlə müqayisədə İraqın ərazi bütövlüyünu daim dəstəkləmişdilər. Sadəcə olaraq adı çəkilən şəxslərin edamı Səddam Hüseynə türkmən liderlərini məhv edərək onları başsız qoymaq və aralarına nifaq salmaq üçün lazım olmuşdu. Yenə də bu məsələdə separatçı Təlabani və Bərzani gücləri ilə Səddamın mövqeyi üst-üstə düşürdü. Təsadüfi deyil ki, həmin dövrdə kürd aşirətinin liderlərindən biri olan yəhudiləşmiş kürd Bərzani: “Türkmən liderlərin məhv edilməsi türkmənlərin başsız qalmasına və gələcəkdə bu ərazilərin kürd bölgəsi halına gətirilməsinə imkan verəcək. Buna görə Səddam Hüseynə “sağ ol” demək lazım gəlir. Səddam Hüseyn nə qədər çox türkməni məhv etsə, o qədər də onlar yaşayan əraziləri kürdləşdirmək imkanı əldə edəcəyik. Hadisələrin belə bir istiqamətdə inkişaf etməsi bizim xeyrimizədir”,-demişdi.

Yenə də bu məsələdə bir faktın da üstündən sükutla keçmək olmur. Bu da 1980-cı ildə İranla İraq arasında başlayan və 8 il davam edən müharibədə Səddam Hüseyn tərəfindən səfərbərliyə alınan türkmənlərin cəbhənin ən ağır, sağ qalmaq mümkün olmayan ölüm bölgələrinə göndərilməsi və orada onların məhv edilməsi idi. Bəzi məlumatlara görə, ön cəbhəyə göndərilən İraq türkmən əsgərlərindən düşmənlə savaşda öləni ölürdü, ölməyib sağ qalanı isə Səddam Hüseynin imzaladığı gizli əmrlə ərəb əsgərləri tərəfindən qətlə yetirilirdi.

Əziz Mustafa