Yaxın 18 ayda Ukrayna Rusiya tərəfindən dəstəklənən separatçıların işğalı altında olan ərazilər üzərində nəzarəti bərpa edəcək. “seqodnya.ua saytının verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında İşğal edilən ərazilər nazirinin məsləhətçisi Yuri Qrimçak deyib: “Biz belə hesab edirik ki, yaxın bir il və ya ilyarım ərzində Donbası azad edəcəyik. Buna paralel olaraq yaxın illər ərzində işğal altında olan əraziləri əldə saxlamaq Rusiya üçün olduqca çətin olacaq.” O qeyd edib ki, Ukrayna işğal altında olan ərazilərdə yaşayan əhalinin maliyyə, mədəni və digər vəziyyətlərinin yaxşılaşdırılması üçün bütün imkanlara malikdir.
Son xəbərlər
Sakinlər həm razılıq etdilər, həm də…
Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Nəriman Nərimanov küçəsindəki 44 nömrəli binanın sakinləri ilə görüşdü.
Görüşün keçirilməsində məqsəd Nəriman Nərimanov küçəsindəki 44 nömrəli binada start götürən...