Yataqxana sakini: ”19 ildir problemimizlə maraqlanan yoxdur”

0
232

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti dəfə sakinlərlə 14 saylı məktəbin akt zalında görüş keçirib. Başçı əvvəlcə sakinləri şəhərdə aparılan yeniliklərlə tanış edib. Bildirib ki, şəhərdə aparılan quruculuyq-abadlıq işləri 2020-ci ildə də davam etdirilir və hətta bu il ötən il görülən işlərdən 2 qat artıq işlər görüləçək.Başçı sakinlərə məlumat verib ki, bizim ən qlobal problemimiz əhalinin məşğulluq problemidir: ”Bununla bağlı şəhərimizə dəvət edilən 3 sahibkarla  danışıqlar  aparılır. Bundan əlavə,  küçə və xiyabanlarda yaşıllıqların, çoxillik ağacların suvarılmasına diqqətin artırılması, binaların istilik sisteminin bərpası da diqqət mərkəzindədir. Bütün bu sadalanan problemlərlə bağlı da danışıqlar aparılıb. Mingəçevirdə 1000 nəfərin çalışacacağı müəssisə yaradılacaq. Xalça fabrikinin tikintisinə də başlanacaq. 9 məhəllənin işqlanma sistemi qurulacaq. Hündürmərtəbəli binaların dam örtükləri bərpa ediləcək.180 yaşayış məhəlləsində işlər görüləcək”.

Daha sonra 14 saylı məktəbin müəlliməsi Zülfiyyə Məmmədova şəhərdə görülən işlərdən söz açıb və ötən il 14 nömrəli tam orta məktəbin  əsaslı təmirdən sonra istifadəyə verilməsilə bağlı  ölkə prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya  təhsilimizin inkişafı məqsədilə gördüyü işlərə görə  minnətdarlığımı bildirib.

Yataqxana sakini Vəfa Məmmədova 19 il yaşadığı yataqxananın bərbad vəziyyətdə olması ilə əlaqədar döymədiyi qapı qalmadığını bildirib.Qeyd edib ki,yataqxanada şərait dözülməz vəziyyətdədir.

Məsələyə münasibət bildirən başçı qeyd edib ki, yataqxanalardakı problemlərdən xəbərimiz var, yaxın zamanlarda yataqxanaların su-kanalizasiya sistemi dəyişdiriləcək və pilləkanları təmir olunacaq. Qalan işlər də mərhələli şəkildə öz həllini tapacaq.

Esmira Hidayətova, Mingəçevir