Yaşıllıq qoynunda qeyri-rəsmi görüş

149

 

Mingəçevirdə yaşıllığı ilə göz oxşayan  “Dostluq parkı”nda  Bərdə Regional Mədəniyyət idarəsinin təşkilatçılığı ilə yaradıcı insanlarla görüş keçirilib.

Görüşə qatılan şairlərin şeirləri dinlənilib. Mingəçevirin musiqiçiləri rəngarəng musiqilərlə tədbirə rəngarənglik qatıblar. Gənc rəssamların çəkdikləri rəsmlər göz oxşayıb. Söz əmanətdir deyən 20 kitabın müəllifi, Oğuz rayonundan gəlmiş şairə Elza Rəşad (Gülməmmədova) belə tədbirlərin davamlı olmasını arzulayıb.

Keçirilən tədbirlə bağlı saytımıza müsahibə verən regional idarənin rəisi Vəsilə Möhsümova  bildirb ki, Mingəçevir mədəni dəyərləri, elita təbəqəsi ilə seçilən bir şəhərdir. Bu gün çox maraqlı musiqili ədəbi bir   görüş oldu.  Hesab edirəm ki, bu görüşlər bir ənənə halını almalıdır. Onu da qeyd edim ki, biz qeyri-rəsmi formatda  yaradıcı insanların görüşlərini   mütamadi şəkildə keçirməliyik. Nəyə görə qeyri-rəsmi formatda? Çünki yaradıcı insanlar rəsmi formatdan daim uzaq olurlar. Onlar xüsusilə təbiətin qoynunda olmağı üstün tuturlar, biz də onların xahişini nəzərə alaraq təbiətin bu gözəl yaşıllığında bu tədbiri keçirdik. İnaıram ki, bu görüşdən hər kəs zövq aldı.

Esmira Hidayətova, Mingəçevir