Yaşasaydı…

291

 

Bu gün Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Mingəçevir şəhər filialının sədri, Birinci Qarabağ müharibəsi iştirakçısı Nizami  Təhməzovun yaşasaydı 65 yaşı olacaqdı. Onun yoxluğu  təkcə ailəsini, dostlarını, doğmalarını yox, həm də şəhər ictimayyətini   çox sarsıdıb. 

Təhməzovlar ailəsi onun sağlığında  həmişə bu günü qeyd edərdilər. Bu gün isə onsuz və ailənin xanımı Mərmər xanımsız qeyd ediblər. Babanın adını daşıyan balaca Nizami (nəvəsi) babasının adına hazırlanmış tortu kəsib. Qeyd edək ki, Nizami Təhməzovun həyat yoldaşı da ondan bir həftə əvvəl  koronavirusdan vəfat etmişdir. Həyat yoldaşının yoxluğu da Nizami Təhməzova çox təsir etmişdir.Təhməzov da koronavirusdan vəfat etmişdir.

Nizami Təhməzov Birinci Qarabağ savaşında Kəlbəcər uğrunda gedən döyüşlərdə yaralanaraq sağ qolunu itirib. Qarabağ döyüşlərində göstərdiyi igidliyə görə “Vətən naminə”, ”Fədai” medalları ilə təltif olunub. Qeyd edək ki, səmərəli əmək fəaliyyəti və uğurları, nümunəvi şəxsi keyfiyyətləri, habelə şəhər ictimaiyyəti arasında qazandığı hörməti çox idi. Dövlət qulluğunda və əhalinin məşğulluğunun təmin edilməsi sahəsindəki səmərəli fəaliyyətinə görə də fəxri fərmanlarla təltif olunub. Ən başlıcası isə Təhməzov  öz torpağına, doğma şəhərinə layiqincə xidmət edib.

Allah rəhmət eləsin.

Esmira Hidayətova, Mingəçevir