Yaşadıqları küçəyə adlarının verilməsi gözlənilir

78

Bu gün səhər saatlarında Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən, Şəhid qardaşlardan biri  İslam İlqar oğlu Əhmədovun Cənnətdəki ikinci doğum günü ilə bağlı məzarı ziyarət olunub. Ziyarətdə şəhid valideyinləri, Mingəçevir  ŞİHB aparatının Vətən müharibəsi iştirakçıları və  şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşı, ehtiyatda olan zabit Seymur Hidayətov iştirak ediblər.  Anım günündə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən I-II Qarabağ müharibəsində şəhid olanların məzarları ziyarət olunub, ruhlarına ayələr oxunub, dualar edilib. Seymur Hidayətov çıxış edərək şəhər icra hakimiyyəti başçısı adından həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbir diləyib. Bildirib ki, Nazirlər Kabinetinin qərarı ilə şəhidlərin adının əbədiləşdirilməsi istiqamətində işlər görülür: ”Qeyd edək ki, Şəhid qardaşların qarşıdan Şəhidliklərinin ikinci ili gəlir və sentyanrın 28-də yaşadıqları küçəyə onların adlarının verilməsi gözlənilir. Əli, İslamın və Tural, Musa qardaşlarının adlarına olan küçələrin açılış mərasimləri keçiriləcək”.

Hər iki övladını eyni gündə Şəhid vermiş və eyni gündə  dəfn edilmiş qardaşların anası Sevinc xanım deyir ki,  İki övlad, iki oğlu olub: ”Atalarını çox vaxtsız itiriblər, mən onlara həm ata, həm ana olmuşam. Onları  minbir əzab-əziyyətlərlə böyüdüb boya-başa çatdırmışdım. İslamım  ali təhsilli idi, Əli isə nişanlı. Hər iki oğlum bir-birlərindən xəbərsiz şəhid olublar.

Qeyd edək ki, hər iki qardaş Azərbaycan Ordusunda hərbçi-MAXE kimi fəaliyyət göstəriblə. Şəhidliklərindən sonra bır sıra medallarla təltif olunublar.

İkisi də eyni gündə, ancaq başqa saatlarda, başqa yerlərdə Şəhidlik məqamına ucalıblar…

İkisi də eyni gündə, sentyabrın 28-də Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilib, əbədiyyətə uğurlanıblar.

Anaları Sevinc xanım isə övladlarına ali ordenlərimizdən birinin verilməsini, eyni zamanda, Şəhid qardaşların ev-muzeyinin dövlət qeydiyyatına alınmasını istəyir və tələb edir.

Esmira Hidayətova,Mingəçevir