Yarımfinalçılar müəyyənləşib

75

Fevralın 13-də futbol üzrə Azərbaycan kubokunda dörddəbir final mərhələsinə yekun vurulub.

Bununla da yarımfinalın bütün iştirakçıları müəyyənləşib.

Dörddəbir finalın son matçında “Zirə” klubu “Səbail”in qonağı olub. “ASCO Arena”dakı qarşılaşma “qartallar”ın inamlı qələbəsi ilə başa çatıb – 3:1.

Görüşdə hesabı 7-ci dəqiqədə meydan sahibləri açıblar. Ruslan Hacıyev uzaq məsafədən baxımlı qola imza atıb. Matçın 21-ci dəqiqəsində Ağabala Ramazanov tarazlığı bərpa edib. Qarşılaşmanın 39-cu dəqiqəsində Təmkin Xəlilzadə penaltidən fərqlənməklə qonaqları önə keçirib. Oyunda son nöqtəni isə Coşqun Diniyev qoyub. Azərbaycan millisinin yarımmüdafiəçisi 73-cü dəqiqədə əla zərbə ilə yekun hesabı müəyyənləşdirib.

Beləliklə, ilk görüşdə 4:0 hesablı qələbə qazanmış “Zirə” iki oyunun nəticəsinə əsasən, adını yarımfinala yazdırıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda finala gedən yolda “Neftçi” ilə qarşılaşacaq. Digər yarımfinal cütündə isə “Qəbələ” və “Qarabağ” komandaları üz-üzə gələcəklər. İlk oyunlar aprelin 20-də, cavab matçları isə aprelin 29-da gerçəkləşəcək.