Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
İlk olaraq “Qəbələ” doğma meydanda “Qarabağ”la qarşılaşacaq. “Zirə” isə “Neftçi”ni qəbul edəcək.
Qeyd edək ki, yarımfinal mərhələsinin cavab görüşləri aprelin 29-u keçiriləcək.
Azərbaycan kuboku
1/2 final
20 aprel (çərşənbə)
17:30. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Rauf Allahverdiyev
Qəbələ şəhər stadionu
20:00. “Zirə” – “Neftçi”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu