Yaponiyanın Baş naziri Yaxın Şərqə səfərə çıxıb

360

Yaponiyanın Baş naziri Şinzo Abe Yaxın Şərq ölkələrinə beş günlük səfərə yollanıb. O, ABŞ-ın ötən ilin dekabrında Qüdsü İsrailin paytaxtı kimi tanımasından sonra İsrailə və Fələstinə səfər edən ilk böyük dövlət başçısı olacaq.

Ş.Abe aprelin 29-da Tokionun Haneda aeroportundan Birləşmiş Ərəbə Əmirliklərinə yola düşüb.

Aeroprtda o, jurnalistlərə bildirib ki, Yaxın Şərq Yaponiya üçün enerji təminatı baxımından çox vacib regiondur.

Baş nazir, həmçinin deyib ki, Yaponiya Suriyada vətəndaş müaribəsi, qaçqınlarla bağlı böhran kimi regional problemlərin həllində yaxından iştirak edir və hər bir ölkə ilə dostluq münasibətləri qurmağa çalışır.

Ş.Abe əlavə edib ki, Yaponiya bu qarşılıqlı etibardan istifadə edərək, Yaxın Şərqdə sülhün və təhlükəsizliyini mövcudluğuna töhfələr vermək istəyir.