Sakit okeanda Yaponiya Özünümüdafiə Dəniz Qüvvələrinin ABŞ-ın “Karl Vinson” atom aviadaşıyıcı gəmisi ilə birgə təlimləri başlayıb. Bu barədə Yaponiya Özünümüdafiə Qüvvələrinin komandanlığı məlumat yayıb. Qeyd edilir ki, Yaponiya gəmiləri ABŞ-ın zərbə aviadaşıyıcı qrupu ilə Sakit okeanın qərb hissəsində, Filippin yaxınlığında birləşib. Məlumata görə, onlar bir neçə gün ərzində bütün növ taktiki hərəkətlər üzərində işləyəcəklər. Bundan sonra ABŞ-ın zərbə aviadaşıyıcı qrupu Koreya yarımadasına istiqamət alacaq. Buna səbəb Şimali Koreyanın beynəlxalq ictimaiyyətə məhəl qoymadan nüvə və raket sınaqları keçirməsidir.
Son xəbərlər
“Azovstal” müdafiəçiləri niyə təslim oldu? – Zelenski
Onlar birmənalı olaraq qəhrəmandırlar. Xüsusi vurğulamaq istəyirəm ki, orda 400 sərhədçi, çoxsaylı milli qvardiyaçı, desant, hətta Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndələri, adi insanlar var. Onlar...