Yanğınla əlaqədar Bakı-Sumqayıt yolunda hərəkət tamamilə məhdudlaşıb

0
185

Bakı-Sumqayıt yolunda yerləşən tikinti materialları bazarında baş vermiş yanğınla əlaqədar yolda hərəkət tamamilə məhdudlaşıb. Bu səbəbdən, ərazidən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların intervalında gecikmələr yaranıb. Sərnişinlərdən anlayış göstərmələrini xahiş olunur. Eyni zamanda, sürücülərə zərurət olmadığı halda həmin istiqamətdə hərəkət etməmələri tövsiyə edilir.

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.