Yanğına davamlı yarımfabrikat evlər tikiləcək

0
426

Azərbaycanda təbii fəlakətlər zamanı əhalinin sığınacağı üçün yanğına davamlı yarımfabrikat evlər inşa olunacaqdır.
Bu sözləri Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin nəzdində fəaliyyət göstərən “Kingspan-İzopoli” şirkəti sədrinin müavini Suat Kıroğlu jurnalistlərə açıqlamasında demişdir.
S.Kıroğlu qeyd etmişdir ki, gələn ilin yanvarından başlayaraq Azərbaycanda qısa müddətdə yığılıb sökülə bilən evlər üçün yanğına davamlı panellərin istehsalına başlanacaqdır.
Bu məqsədlə FHN ilə müştərək müəssisə yaradılacaqdır. “Kingspan-İzopoli” şirkətinin vəsaiti hesabına tikiləcək müəssisə 50 milyon avroya başa gələcəkdir.
Yarımfabrikat evlərin gələcəkdə Orta Asiya ölkələrinə – Qazaxıstan, Türkmənistan və Qırğızıstana da ixrac ediləcəyi nəzərdə tutulmuşdur.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here