Yalçın Topçu: ” Əgər elə bir abidə varsa, dərhal söküləcək”

385

Xəbər verdiyimiz kimi, Türkiyənin Tuncəli bölgəsinin Aşağıdoluca kəndində yerləşən erməni terrorçularının adını əbədiləşdirən abidə qurulub. Erməni və PKK üzvlərinin qoyduğu abidənin üzərində ötən əsrin 90-cı illərində Qarabağda və Xocalıda azərbaycanlılara qarşı soyqırımlar törətmiş Monte Melkonyanın adı da var.

Moderator.az məsələyə erməni terrorçu Monte Melkonyanın Xocavənddə başını kəsərək öldürən Qarabağ qazisi İbad Hüseynovun münasibətini öyrənib.

İbad Hüseynov bu gün məhz bu məsələylə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi Yalçın Topçu ilə danışdığını bildirib:

“Bu gün hardasa bir saat əvvəl Türkiyə prezidentinin baş məsləhətçisi Yalçın Topçu ilə danışdım. Yalçın Topçunun bu məsələdən xəbəri yox idi, məndən öyrənəndə çox hirsləndi. Dedi ki, abidə qoyulan həmin ərazi hələ Atatürkün zamanından mübahisəli ərazidir. Orada ermənilər və erməniyönümlü PKK yerləşib. Y.Topçu onu da əlavə etdi ki, bu gün mütləq həmin ərazinin valisi ilə danışacaq. Əgər elə bir abidə varsa, dərhal söküləcək. Onu da əlavə etdi ki, sən Türkiyənin qəhrəmanısan, qürurusan, yaşayan əfsanəsisən, orada heykəl qoymaq lazım olsa, sənin heykəlin qoyulacaq”.