Yalan danışan insanlar nə qədər çalışsalar da, özləri bilmədən hərəkətləri, jest və mimikaları onları ələ verir. | |||||||
Təbii ki, bu, qarşısındakı insanın “bədən dili”ni bilib-bilməməsindən asılıdır. Mövzu haqqında dərin araşdırmalar aparan hollandiyalı psixoloq Aldert Vrije “yaxşı yalançı”nın necə olduğunu, onda hansı xüsusiyyətlərin olduğunu araşdırıb. Apardığı araşdırmalar nəticəsində müvəffəqiyyətli yalançıların 18 ortaq xüsusiyyətə sahib olduğunu aşkarlayıb. Vrijenin fikrincə, həmin xüsusiyyətlərə sahib olan kəslər ən çətin suallara belə asanlıqla yalan cavab verə bilirlər. Həmin xüsusiyyətlər bunlardır:
– Davranışları manipülativdir (istiqamətləndirmə qabiliyyətinə malikdirlər) – Bu xüsusiyyətə malik olan yalançılar heç bir şeydən qorxmaz və narahatlıq hissi duymazlar. Bu şəxslər davamlı çox ağıllı planlar qurur və nə edəcəklərini yaxşı bilirlər. Vrijenin fikrincə, yalan söyləməkdə professional olan insanlar danışarkən sizi təsir altına almağa çalışırlar. Bunu edərkən son dərəcə rahat və özünə inamlı olurlar. – Doğru cavabdan çox da uzaqlaşmamağa çalışırlar – Buna “Doğrunu bükən” yalanlar da deyilir. Bu yalanlar 180 dərəcəlik yalanlardan daha inandırıcıdır və daha az idrak, düşüncə tələb edir. Yaxşı yalançılar bu həssas nizama diqqət edirlər. – Zəka əhəmiyyətlidir – Zəka yalançının işini asanlaşdırır. Yalan söyləyən şəxs söylədiyi yalanın yaratdığı çıxılmaz vəziyyətdən zəkası ilə yara almadan xilas ola bilər. – Sürətli düşünmə qabiliyyəti – Danışarkən fasilə vermək və ya “hımmm”, “ıııı” söyləmək dinləyicilərdə adadıldıqları şübhəsini yaradır. Buna görə də yalançılar tez düşünüb sürətli danışırlar. – Təcili vəziyyətlər üçün maraqlı və orijinal düşüncələr – Ən professional yalançılar da gözlənilmədən verilən bir sualla və ya vəziyyətlə qarşılaşarsa özünü itirə və çaşa bilər. Bu kimi vəziyyətlərlə qarşılaşmamaq üçün hər zaman ağıllı, orijinal və maraqlı düşüncələr irəli sürür. – Məlumatdan səmərəli istifadə etmək – Yalançılar onlara verilən sualları cavablandırarkən minimum məlumat verirlər. Beləliklə də qarşısındakının işin detalları ilə bağlı suallar vermələrinə mane olmuş olurlar.
|