Yəmən Səudiyyə ilə İranı savaşa aparır

639
Yəmən Prezidenti Abd Rəbbu Mənsur Hadi rəsmi Tehranı ölkəsinin əksər hissəsinə nəzarət edən husiləri silahlandırmaqda ittiham edib.
Aylardır siyasi xaosun yaşandığı Yəməndə iqtidar mübarizəsi Yaxın Şərqdə sünni-şiə savaşını körükləyən regional bir təhlükəyə çevrilib. Səudiyyə Ərəbistanı və ərəb müttəfiqləri İranın dəstəklədiyi şiə husi milislərinin paytaxt Sənadan sonra ölkənin cənubundakı strateji əhəmiyyətli Ədən şəhərinə girməsinin ardından Yəmənə havadan hərbi müdaxilə etdilər. Eyni zamanda Yəmən sərhədinə 150 min əsgər yığan rəsmi Ər-Riyadın 100 hərbi təyyarə ilə qatıldığı əməliyyata Misir, Mərakeş, İordaniya, Sudan, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Qatar və Bəhreyn də hərbi dəstək verir. ABŞ da əməliyyata kəşfiyyat dəstəyi verir.Son 3 gün ərzində ümumi mülki itkilər 50 nəfərə çatıb. Buna paralel olaraq, rəsmi Ər-Riyyad Misir hökuməti ilə husi üsyançılarına qarşı quru əməliyyatları planını nəzərdən keçirir.

Bu arada isə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl-Səud Misirdə keçirilən Ərəb Ölkələri Liqasının Sammitində deyib ki,  Fars körfəzi ölkələri koalisiyasının Yəmənə qarşı apardığı hərbi kampaniya öz məqsədlərinə çatana qədər davam etdiriləcək.

Yəmən Prezidenti Abd Rəbbu Mənsur Hadi rəsmi Tehranı ölkəsinin əksər hissəsinə nəzarət edən husiləri silahlandırmaqda ittiham edib. Yəməndə silahlı üsyana başlamış Husilər Partiyasının İdarə Heyətinin üzvü Dayfallah Əl Şami isə Yəmənə silahlı qoşun yeritmək istəyən Səudiyyə Ərəbistanını sərt hədələyib.

Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubunda “Əl-Qaidə” hökm sürür, mərkəzdə isə prezident qüvvələri ilə husilər arasında döyüşlər gedir.

1Səudiyyə Ərəbstanının başçılıq etdiyi koalisiyaya aid qırıcılar Yəmənin paytaxtı Sənanı bombalamağa davam edir. Yəmən Daxili İşlər Nazirliyindən bildirilib ki, son aviazərbələrdə azı 24 dinc sakin həlak olub. Son 3 gün ərzində ümumi mülki itkilər 50 nəfərə çatıb. Buna paralel olaraq rəsmi Ər-Riyyad Misir höküməti ilə Husi üsyançilarına qarşı quru əməliyyatları planını nəzərdən keçirir.

Körfəz ölkələrinin koalisiyası iddia edir ki, hərbi müdaxiləylə prezident Hadinin ölkəyə qayıda bilməsi üçün təhlükəsiz “İstinadgah” yaratmağa çalışır.

Bunun üçün Səudiyyə Ərəbistanının başçılığı altında quru qüvvələrin Yəmənə Ədən limanından daxil olacağı gözlənilir. Bu məlumatı Yəmən və Misirdən olan hərbi rəsmiləri də təsdiqləyib.

Bu arada isə Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdül-Əziz əl-Səud Misirdə keçirilən Ərəb Ölkələri Liqasının Sammitində deyib ki, Fars körfəzi ölkələri koalisiyasının Yəmənə qarşı apardığı həbi kampaniya öz məqsədlərinə çatana qədər davam etdiriləcək. “Hərbi kampaniya Yəmən xalqının təhlükəsizliyi təmin olunanadək davam edəcək”, – deyə kral qeyd edib.  Son məlumatlara görə onlarla əcnəbi diplomat Səudiyyə Ərəbistanının hərbi gəmiləri vasitəsilə Yəmənin Ədən şəhərindən təxliyyə olunub. Bu barədə Səudiyyə Ərəbistanı dövlət televiziyası məlumat yayıb.

“Səudiyyə hərbi-dəniz qüvvələri onlarla diplomatın təxliyyə olunması üçün Ədəndə “Tornado” əməliyyatı həyata keçiriblər”, – məlumatda deyilib.

Qeyd edək ki, koalisiya Yəməndə hərbi əməliyyatlara martın 26-da başlayıb.

Dayfallah Əl Şami Səudiyyə Ərəbistanını hədələyib

Yəməndə silahlı üsyana başlamış husilər partiyasının idarə heyətinin üzvü Dayfallah Əl Şami Yəmənə silahlı qoşun yeritmək istəyən Səudiyyə Ərəbistanını sərt hədələyib.

Əl Şami deyib: “Səudiyyə Ərəbistanı quru əməliyyatlarına qərar verərsə, Yəmən onların gedəcəyi son torpaq olacaq. Birləşmiş ərəb silahlı qüvvələrinin yaradılması qərarı haqları çığnanan ərəb xalqlarının maraqların heç cür qorumur. İsrail ordusunun bombaladığı Qəzzəyə baxın. Hardadır ərəb ordusu? Hardadır qoşunları? Heç bir ərəb ordusu Fələstin xalqını xilas etmək istəmir”,- deyə Dayfallah bildirib.

Qeyd edək ki, Yəmən əhalisinin yarıdan çoxunu təşkil edən şiələrin maraqlarını müdafiə edən husi hərəkatı 2014-cü ilin avqustundan hökumət əleyhinə çıxışlara başlayıb. Bir aydan sonra onlarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar baş verib.

Yəməndə hazırda siyasi böhran hökm sürür. Ölkənin cənubunda “Əl-Qaidə” hökm sürür, mərkəzdə isə prezident qüvvələri ilə husilər arasında döyüşlər gedir.

Yəmən Prezidenti İranı husiləri silahlandırmaqda ittiham edib

Yəmən prezidenti Abd Rəbbu Mənsur Hadi rəsmi Tehranı ölkəsinin əksər hissəsinə nəzarət edən husiləri silahlandırmaqda ittiham edib.

Ölkə başçısı həmçinin qeyd edib ki, İran Yəmən xalqına qarşı “gizli danışıq aparır”.

“Husilərin İrandan aldığı silahı yerə qoyana qədər, o cümlədən İranla Yəmən xalqına qarşı apardığı gizli danışıqlardan imtina edənədək hərbi əməliyyatları (Fars körfəzi ölkələri koalisiyasının apardığı əməliyyatlar – red.) davam etdirməyi təklif edirəm”, – deyə prezident qeyd edib.