XX tura yekun vurulub

36

Martın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura yekun vurulub.

Turun sonuncu oyununda “Zirə” klubu “Qarabağ”ı qəbul edib.

Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma “köhlən atlar”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdam təmsilçisinin ilk qolunu 10-cu dəqiqədə Ramil Şeydayev vurub.

Matçın 47-ci dəqiqəsində Kadi Borges ikinci dəfə meydan sahiblərini məyus edib. “Zirə”nin qapıçısı Mehdi Cənnətov penaltini dəf etsə də, 26 yaşlı braziliyalı yarımmüdafiəçi qayıdan topu qapıdan keçirib. Borges 64-cü dəqiqədə özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran “Qarabağ” liderliyini daha da möhkəmləndirib. “Qartallar” isə 35 xalla üçüncü sıradadır.

Qeyd edək ki, günün ilk matçında “Sabah” evdə “Səbail”i minimal hesabla yenib – 1:0. Turun ilk oyun günündə “Keşlə” evdə “Sumqayıt”la 1:1 hesablı heç-heçə edib, “Neftçi” isə “Qəbələ”yə qalib gəlib – 4:0.

Premyer Liqa
XX tur
19 mart (şənbə)
16:45. “Sabah” – “Səbail” – 1:0
Qol: 
Kristian Sebalyos,61
Baş hakim: Əliyar Ağayev
“Sabah”: 94. Yusif İmanov, 14. Slavik Alxasov, 2. Amin Seydiyev, 10. Aleksey İsayev, 4. Elvin Camalov (k), 9. Xulio Sezar Rodriges, 20. Coy-Lens Mikels, 17. Xuan Kamara, 55. Şpiro Periçiç, 15. Kristian da Silva, 99. Hiqor Qabriel
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 97. Aleksandr Neçayev, 26. Fofana Tiemoko, 24. Mixeil Erqemlidze, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 21. İldar Alekperov, 19. Kamran Quliyev, 29. Ceyhun Nuriyev, 66. Abdulax Xaibulaev, 33. Camal Cəfərov
Baş məşqçi: Murad Musayev
“Səbail”: 12. Hüseynəli Quliyev, 5. Adil Nağıyev, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev (k), 6. Cabir Əmirli, 21. Məhəmməd Mirzəbəyov, 39. Tural Bayramlı, 33. Domantas Şimkus, 30. Camal Araqo, 77. Ədilxan Qarəhmədov, 66. İbrahim Aslanlı
Ehtiyat oyunçular: 1. Rəşad Əzizli, 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 14. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 10. Cavid Tağıyev, 19. Ruslan Hacıyev, 32. Nikolas Raysel, 88. Elmir Tağıyev, 38. Zeynəddin Abdurahmanov
Baş məşqçi: Aftandil Hacıyev
“Bank Respublika Arena”

19:00. “Zirə” – “Qarabağ” – 0:3
Qollar: 
Ramil Şeydayev, 10, Kadi Borqes, 47, 64
Baş hakim: Rauf Cabarov
“Zirə”: 1. Mehdi Cənnətov, 21. Hacıağa Hacılı, 32. Qismət Alıyev (k), 19. Təmkin Xəlilzadə, 5. Rahil Məmmədov, 18. Davit Volkov, 44. Dmitrios Çantakias, 47. Mohamed Hamdaui, 9. Loris Broqno, 14. Hamidu Keyta, 13. Ramin Əhmədov
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 22. Nail Alışov, 8. İlkin Muradov, 10. Ağabala Ramazanov, 2. Sertan Taşkın, 15. Ruslan Abışov, 91. Coşqun Diniyev, 92. Brayan Alseus, 99. Ahmed Ayzaya, 51. Rüstəm Nuruyev, 4. Cəlal Hüseynov, 56. Samir Ağayev
Baş məşqçi: Rəşad Sadıqov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 6. Patrik Andrade, 20. Kadi Borqes, 15. Leandro Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 55. Bədavi Hüseynov, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 7. Riçard Almeyda, 29. Marko Veşoviç, 25. Vadji İbrahima, 97. Rüstəm Əhmədzadə, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Zirə İdman Kompleksinin stadionu

1 Qarabağ 19 14 4 1 41-10 46
2 Neftçi 20 11 4 5 34-23 37
3 Zirə 20 10 5 5 27-19 35
4 Qəbələ 20 9 6 5 30-26 33
5 Sabah 20 8 2 10 25-27 26
6 Keşlə 20 5 4 11 22-30 19
7 Sumqayıt 19 3 5 11 12-29 14
8 Səbail 20 3 2 15 12-39 11