XX dünya çempionatının açılış mərasimi keçirildi

0
604

 Braziliyanın San-Paulu şəhərindəki “Korintians” stadionunda futbol üzrə XX dünya çempionatının təntənəli açılış mərasimi keçirilmişdir. Bu stadion məhz dünya çempionatı üçün inşa olunmuş və 61 min 606 azarkeş tutumuna malikdir. Mərkəzində Braziliya bayrağının dalğalandığı arenada məşhur müğənnilər Cennifer Lopez, Pitbul və Klaudiya Leytte çempionatın rəsmi mahnısı – “We are one”ı ifa etmişlər.
Sonra 6 min rəqqas və sirk ustasının ifasında xüsusi şou nümayiş olunmuşdur. FİFA-nın prezidenti Jozef Blatter və Braziliyanın prezidenti Dilma Roussef sülh rəmzi olan göyərçinləri səmaya buraxmışlar.
Sonra stadionda quraşdırılmış xüsusi ekranda Braziliya milli komandasının çıxışından bəhs edən videoçarx nümayiş olunmuşdur.
Qeyd edək ki, çempionatın oyunları Braziliyanın 12 şəhərində – Rio-de-Janeyro, Resifi, Salvador, San-Paulu, Portu-Aleqri, Manaus, Fortaleze, Natal, Belu-Orizonti, Brazilia, Kuyaba və Kuritibada keçiriləcəkdir. Çempionatın açılış matçında “Korintians” stadionunda Braziliya və Xorvatiya yığmaları qarşılaşacaqlar.
Mundialın final oyunu Rio-de-Janeyronun “Marakana” stadionunda keçiriləcəkdir.
Braziliya dünya çempionatını ikinci dəfə qəbul edən beşinci ölkədir. Əvvəllər bu şərəfə Meksika, İtaliya, Fransa və Almaniya layiq görülmüşdür. Braziliya dünya çempionatını birinci dəfə 1950-ci ildə qəbul etmişdi. O vaxt Uruqvay komandası zəfər qazanmışdı.
2014-cü ilin dünya çempionatı dalbadal Avropanın hüdudlarından kənarda keçirilən ikinci mundial olacaqdır.
2010-cu ildə CAR-da keçirilən dünya çempionatında qalib gəlmiş İspaniya yığması Braziliyada dünya çempionu titulunu saxlamaq uğrunda mübarizə aparacaqdır.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here