Xoruldayan insanlar daha az yuxu görür

Çox vaxt gün ərzində yaşadıqlarımızı, düşündüklərimizi yatarkən yuxuda görürük. Yatarkən beynimizdə yaranan obrazlar, yuxular həmişə maraq dairəmizdə olub. Bir çoxları bunu elmi bir çox faktlarla əlaqələndirirlər. Lakin danılmaz faktdır ki, yuxunun sirri hələ də tam olaraq elmə məlum deyil. Yatarkən gördüyümüz röyalar, yuxular haqqında çox şey yazılır, deyilir. Bunların da əksəriyyətinin ümumiyyətlə heç bir elmi sübutu olmur. Yuxu haqqında maraqlananlar üçün bir çox elmi həqiqətlər vardır.
1. Yuxularımızın yüzdə 90 faizini unuduruq. Çox vaxt oyandıqdan 5 dəqiqə sonra yuxumuzun yarısını, 10 dəqiqə sonra isə yüzdə 90 faizini unuduruq.

2. Korlar da yuxu görür. Dünyaya gəldikdən sonra görmə qabiliyyətini itirənlər də yuxularında vizual obrazlar görə bilirlər. Anadangəlmə görmə qabiliyyətini itirənlər isə yuxuda şəkil görə bilmirlər. Onlar ancaq eyni səviyyədə qoxu, səs, toxunma və duyğuları hiss edə bilərlər.

3. Hər kəs yuxu görür. Həddindən artıq psixoloji problemləri olan insanlardan başqa hər kəs yuxu görür. Əgər yuxu görmədiyinizi düşünürsünüzsə yanılırsınız. Çünki siz əslində yuxularınızı unudursunuz .

4. Yuxularda yalnız tanıdığımız simaları görürük. Zehinimiz yeni simalar yaratmaz. Yuxuda gördüyümüz insanlar həyatımızda qarşılaşdığımız amma xatırlamadığımız ya da kimə aid olduğunu bilmədiyimiz simalardır. Hamımız həyatımız boyunca minlərlə insan gördüyümüz üçün, yuxularımızda da saysız-hesabsız  insane görmə qabiliyyətinə sahibik.

5. Hər kəs rəngli yuxular görmür. Gözləri görən insanların 12 faizi yuxularını ağ-qara, qalanları isə rəngli görür. 1915-1950-ci illər arasında edilən araşdırmalara görə yuxuların böyük əksəriyyəti ağ-qara olur. Ancaq bu nəticələr 1960-cı illərdən etibarən dəyişməyə başlayıb. Hazırda 25 yaşdan aşağı insanların yalnız 4,4 faizi yuxularını ağ-qara görür. Son araşdırmalar bu dəyişikliyin səbəbini ağ-qara film və televiziyadan rəngli televiziyaya keçidlə əlaqələndirir.

6. Yuxular simvolikdir. Müəyyən bir obyekt və ya hadisə ehtiva edən yuxular, ümumiyyətlə birbaşa o obyekt və ya hadisə ilə əlaqədar deyil. Yuxular simvolik bir dillə anlaşılır. Yuxuda görülən obrazların çoxu böyük ehtimalla o obrazı təmsil etmir.

7. Yuxularda ən çox hiss edilən duyğu narahatlıqdır. Yuxuda mənfi duyğular müsbət duyğulardan daha sıx görülür.

8. Hər gecə saat dörd ilə yeddi arası yuxu görürük. Yəni hər gecə bir-iki saat yuxu görürük.

9. Heyvanlar da yuxu görür. Bir çox heyvan üzərində aparılan araşdırmalar zamanı heyvanların da insanlar kimi yuxu gördüklərini aşkar edilib. Bir iti yatarkən müşahidə etsək görərik ki, o ayaqlarını kimisə izləyirmiş kimi tərpədir.

10. REM (Dərin yuxu fazası):  Sürətli Göz Hərəkəti (REM) yuxunun standart bir mərhələsidir və bu mərhələdə gözlər sürətli hərəkət edir. REM yuxusu yeniyetmə insanlarda yuxunun 20-25 faizini təşkil edir. Bu da bir gecəlik yuxunun  90-120 dəqiqəsinə bərabərdir. REM yuxusu əsnasında yuxuda hərəkət edilsə də bədən hərəkət edə bilmir, yəni bədən müvəqqəti “yuxu iflici” halına keçir.

11. Yuxunun real həyatla birləşir. Zehnimiz bədənimizin o anda həqiqətən duyduğu ya da hiss etdiyi duyğuları yuxularımızla birləşdirə bilir. Məsələn, əgər yuxuda özünüzü bir konsertdə musiqi dinləyərkən görsəz, ola bilər ki, o vaxt yaxınlıqda, radioda bir musiqi çalınır.

12. Kişilər və qadınlar fərqli yuxular görürlər. Bir kişinin yuxularında gördüyü insanların 70 faizi kişi olur. Qadında isə bu nisbətlər bərabərdir. Digər tərəfdən kişilər qadınlara nəzərən yuxularında daha aqressiv duyğular hiss edirlər.

13. Yuxular bəzən gələcəyi göstərir. Aparılan araşdırmalar zamanı insanların 18 və ya 38 faizinin yuxularında gələcəklə bağlı obrazlar gördüyünü, 70 faizinin isə “deja vu” (yəni təkrar) yaşadığını göstərir.

14. Xoruldayan insanlar daha az yuxu görür. Elmi olaraq sübüt edilməsə də, aparılan araşdırmalar nəticəsində xoruldayan insanların daha az sayda, qısa və ümumiyyətlə unudulan yuxular gördüyü təsbit edilib.