Mingəçevirdə Xocalı faciəsinin qurbanları yad edilib

797

Xocalı faciəsinin 26-cı ildönümü respublikamızın hər yerində olduğu kimi şəhərimizdə də geniş şəkildə qeyd olunur.

Mingəçevir şəhər Qeydiyyat Şöbəsində  Xocalı şəhər sakinləri ilə görüş keçirilib. Bir dəqiqəlik sükutla şəhidlərimizin ruhu yad edildikdən sonra çıxış edən Mingəçevir şəhər Qeydiyyat Şöbəsinin   rəisi Sevinc Hüseynova Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.

Görüşdə iştirak edən Xocalı şəhər İcra Hakimiyyətində 25 il müavin vəzifəsində çalışmış Göyüş Həsənov tədbiri təşkil edənlərə minnətdarlığını bildirib. O, 26 il əvvəl baş vermiş Xocalı soyqırımının Azərbaycanın və ümumiyyətlə bəşər tarixinin ən dəhşətli səhifələrindən biri olduğunu qeyd edərək,  ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət nəticəsində Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və qələbə xəbərinin yaxın gələcəkdə eçidiləcəyini əminliklə vurğulayıb. 26 il doğma yurd həsrəti çəkən G.Həsənov Xocalı qətliamının Ermənistanın Ordusunun törətdiyi ən dəhşətli soyqırım olduğunu bildirərək bu faciənin dünya miqyasında tanıdılması istiqamətində dövlətimiz tərəfindən aparılan məqsədyönlü işlər barədə də danışıb.

 

Xocalı şəhər İcra Hakimiyyətinin hüquq şöbəsinin məsləhətçisi Arif Məmmədov, Xocalı şəhər sakini Füzuli Allahverdiyev, Şuşa şəhər sakini Vüqar Əliyev, Mingəçevir Uşaq Gənclər İnkişaf Mərkəzinin müəllimi Qurban  Məmmədov və digər qonaqlar Xocalı ilə bağlı xatirələrini bölüşdülər və bildiriblər ki,  aradan 26 il keçməsinə baxmayaraq həmin qanlı gecədə baş verənləri unutmaq mümkün deyil.

Esmira Hidayətova,Mingəçevir.